Icma.az
close
up
RU
Sumqayıt Xırdalan taksiləri Bakıya buraxılmır?

Sumqayıt Xırdalan taksiləri Bakıya buraxılmır?

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son günlər taksilərlə bağlı tətbiq olunan yeni mexanizmlər ictimaiyyətin diqqət mərkəzindədir. Sumqayıt və Abşeron rayonlarında qeydiyyatda olan taksilərin Bakıya buraxılmaması barədə də müzakirələr aparılır.

Bir neçə gün əvvəl bildirilib ki, qanunvericiliyə görə, bir şəhərin taksi xidməti digərində fəaliyyət göstərə bilməz.

"Sumqayıtın taksiləri Sumqayıtda, Xırdalanın taksiləri Xırdalanda, Gəncənin taksiləri Gəncədə xidmət göstərməlidir. Bu qanunvericilikdə var. Biz hamını taksi adlandırırıq. Amma qanunvericilikdə onlar sifarişli xidmət həyata keçirirlər. Onun da tənzimlənməsi yaxın vaxtlarda yerini almalıdır", - AYNA sədri Anar Rzayev bildirib.

Modern.az-a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, ümumilikdə, taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanun ötən ildən etibarən qüvvəyə minib və bu sahədə bir sıra tələblər müəyyən edilib. Onun sözlərinə görə, hər bir şəhərin dövlət nömrə nişanlarında xüsusi indeks mövcuddur ki, bu vasitəsilə konkret nəqliyyat vasitəsinin harada qeydiyyatda olduğu müəyyən edilə bilər.

O qeyd edib ki, əgər həmin nəqliyyat vasitəsi taksi fəaliyyəti ilə məşğuldursa, bu zaman onun fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olaraq rəsmi şəkildə tənzimlənir:

“Bakı və Bakı aqlomerasiyasına daxil olan Xırdalan şəhəri arasında təxminən 15 km, Bakı ilə Sumqayıt arasında isə 30 km məsafə var. Bu əraziləri ümumi Bakı aqlomerasiyasının bir hissəsi kimi qiymətləndirmək mümkündür. Belə yanaşma genişlənən meqapolisin vahid bir orqanizm kimi inkişaf etdirilməsi baxımından zəruridir. Buradakı hərəkətlilik və nəqliyyat axını da məhz bu yanaşma əsasında planlaşdırılmalıdır”.

Nəqliyyat eksperti həmçinin vurğulayıb ki, əgər Xırdalan və Sumqayıtdan hər gün Bakıya və əks istiqamətə davamlı sərnişin axını müşahidə olunursa, bu artıq ümumi hərəkətliliyin göstəricisidir:

“Sözügedən mobilliyi təmin edən nəqliyyat növlərinin inkişaf səviyyəsi isə zamanla ortaya çıxan yeni tələbləri müəyyən edir. İctimai nəqliyyat vasitələrinin inkişafı bu tələblərin azalmasına gətirib çıxaracaq və nəticədə mövcud qaydaların da müvafiq şəkildə korrektə olunması zərurəti yarana bilər”.

R.Ağamirzəyev onu da əlavə edib ki, hazırda əsas nəqliyyat vasitələri baxımından baxsaq, gündəlik təxminən 42 min sərnişin dəmir yolu vasitəsilə daşınır:

“Bu göstəricidən bir qədər az miqdarda isə avtobuslarla sərnişin daşımaları həyata keçirilir. Bakı-Sumqayıt istiqamətində bu nəqliyyat əlaqəsinə Xırdalan da daxil edilir.

Digər bir məsələ isə insanların şəxsi avtomobillərdən istifadəsi və qeyri-qanuni taksi fəaliyyəti ilə bağlıdır. Qeyd olunan qanun qüvvəyə mindikdən sonra bu sahədə müəyyən irəliləyişlər əldə olunub və qeyri-qanuni sərnişindaşıma ilə məşğul olanların bir hissəsi artıq bazardan çəkilib. Lakin hələ də fəaliyyət göstərən qeyri-qanuni taksilər də mövcuddur”.

Yekun olaraq ekspert nəzərə çatdırıb ki, bütün bu reallıqları nəzərə alaraq, diqqətimizi daha çox ictimai nəqliyyatın inkişafına yönəltməli və vahid aqlomerasiyası çərçivəsində mobillik planı əsasında sistemli tədbirlər həyata keçirilməlidir. Onun fikrincə, buna səbəb ümumilikdə Abşeron yarımadasında yerləşən yaşayış məntəqələrinin hər biri bir-biri ilə sıx əlaqədə olması, vahid bir orqanizmi təşkil etməsidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:303
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Oktyabr 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see392

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see384

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see367

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see353

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see245

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see238

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see238

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see226

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see222

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see222

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see214

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see207

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see194

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see191

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see179

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see172

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see171

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see163

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri