Icma.az
close
up
RU
Sumqayıta alternativ yol haradan çəkiləcək? Açıqlama

Sumqayıta alternativ yol haradan çəkiləcək? Açıqlama

Bakupost saytına istinadən Icma.az xəbər verir.


“Bakının Baş Planında nəqliyyatla bağlı layihələrin 2040-cı ilədək icrası nəzərdə tutulur. Planə əsasən, 30-a yaxın yeni metrostansiya inşa ediləcək. Bakı şəhəri üçün 60-a yaxın metrostansiyanın olması vacibdir. Hazırda stansiyaların sayı 28-dir ki, bu da hazırkı sıxlığa adekvat deyil".

Bunu Bakupost.az -a nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib.

O bildirib ki, paytatxda kənar dairəvi yolların əhəmiyyəti artırılacaq:


"Məlum olduğu kimi, kənar dairəvi yollar əvvəlki illərdə çəkilib. Bu yollar demək olar ki, yarımçıqdır. Bakı kəndləri istiqamətində hərəkət etmək üçün şəhərin mərkəzindən keçmək tələb olunur. Kənar dairəvi yola Lökbatan dairəsindən daxil olub Şamaxinka dairəsində sıxlığa düşməlisən. Bu da "20 Yanvar"da sıxlığı daha da artırır. "20 Yanvar"da tıxacdan çıxanlar bundan sonra uzun tıxacla Ziya Bünyadov prospektinə çıxıb Mərdəkan, Buzovna istiqamətində irəliləyirlər. Amma kənar dairəvi yolun əhəmiyyəti ondan ibarətdir ki, insanlar tıxaca düşmədən gedib Mərdəkana çata bilsinlər".


E.Muradlı əlavə edib ki, Sumqayıta alternativ yolun çəkilməsi də nəzərdə tutulub:

"Təhlillər onu göstərir ki, Bakı-Sumqayıt yolunda əsas tıxac 20 Yanvar-Xırdalan dairəsi, daha sonra Xırdalan dairəsindən Masazır dairəsinədəkdir. Bu sıxlıq orada səpələnir. Bu o deməkdir ki, "20 Yanvar"dan Xırdalan, Masazır, Sumqayıt istiqamətinə gedənlərin hamısı bu yoldan istifadə edirlər. Bunun alternativi olarsa, Bakı-Sumqayıt yolunda nəqliyyat sıxlığı azalacaq".

Qeyd edək ki, hələlik Bakıdan Sumqayıta alternativ yolla bağlı təsdiqlənmiş layihə yoxdur. Mövcud təkliflərə görə isə yeni yol, 9-cu mikrorayon dairəsi daxil olmaqla, Mircəlal Paşayev küçəsi, Adil Məmmədov küçəsi, Həmzə Babaşov küçəsi, Zərifə Əliyeva adına Oftalmologiya Mərkəzi, Heydər Məscidi daxil olmaqla Biləcəri qəsəbəsinədək davam edəcək. Layihənin ikinci mərhələsi Saray-Novxanı istiqamətini, üçüncü mərhələsi isə Sumqayıt şəhəri -Saray qəsəbəsi istiqamətində yolun tamamlanmasını nəzərdə tutur.

Bu hələlik təklif olsa da, artıq Prezident İlham Əliyev Mircəlal Paşayev küçəsi ilə Biləcəri qəsəbəsini tam birləşdirəcək yolun inşası ilə bağlı tapşırıq verib.


Sevinc,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:223
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 04 Fevral 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see379

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see364

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see323

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see290

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see282

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see229

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see228

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see224

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see204

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see204

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see192

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see190

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see189

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see184

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see184

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see175

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri