Sumqayıta gələn futbolçunun keçidi bu səbəbdən baş tutmadı
Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyənin "Sivasspor" klubundan ayrılan Samba Kamaranın "Sumqayıt"a keçidinin baş tutmasının təfərrüatları bəlli olub. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.
32 yaşlı müdafiəçi üçün təyyarə bileti alınıb, hətta o, ölkəmizə də gəlib. Mali millisində bir oyun keçirmiş futbolçu maaş məsələsində "gənclik şəhəri" təmsilçisi ilə razılaşmadığı üçün geri qayıdıb.
Kamaranın istədiyi məbləğ "Sumqayıt" üçün əlçatmaz olub. Klub rəsmiləri ona bu məvacibi verə bilməyəcəklərini söyləyiblər.
Afrikalı oyunçu 2024/2025 mövsümündə "Sivasspor"da illik 211 min avro maaş alıb.
Qeyd edək ki, Kamara "Sivasspor" aşağı liqaya düşdüyü üçün klubla müqaviləsini yeniləməyib.

Bu futbolçunun “Neftçi”yə keçidi baş tutmadı
17 Yanvar 2025 00:16
Almaniyalı futbolçunun Bavariya ya keçidi baş tutmadı
13 İyul 2025 11:08
İspan futbolçunun “Trabzonspor”a keçidi baş tutmadı
21 İyul 2025 21:30
Xavinin keçidi baş tutmadı
21 Noyabr 2024 19:31
Kəpəz Sumqayıta qarşı
20 Dekabr 2024 08:00

