Sumqayıtda 13 min abonentin qazı kəsiləcək
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Sumqayıtda 13 500 abonentin qaz təchizatında fasilə yaranacaq.
"Cebheinfo.az" Musavat.com-a istinadən xəbər verir ki, Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi, "Xəzər bağları", "Yeni Kotec", "Köhnə Kotec" adlanan əraziləri, 26-cı məhəllədə və Bulvar küçəsində yaşayan 13 500 abonentin qaz təchizatında müvəqqəti məhdudiyyət tətbiq olunacaq.
Məlumata görə, buna səbəb Səməd Vurğun küçəsində yeraltı polietilen qaz xəttində aşkarlanan sızmanın qarşısının alınması məqsədilə aparılan təmir işləridir.
Bildirilir ki, qazın verilişi bu gün saat 13:00-dan etibarən təmir işləri yekunlaşanadək dayandırılacaq.
Aidiyyəti qurum sakinlərdən ehtiyatlı olmalarını və yaranmış narahatlığa görə anlayış göstərmələrini xahiş edib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 18 May 2026 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















