Icma.az
close
up
RU
Sumqayıtda 17 yaşlı uşaq canına niyə qıyıb? Yenilənib

Sumqayıtda 17 yaşlı uşaq canına niyə qıyıb? Yenilənib

Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yazırlar ki, ehtiyatsızlıqdan yıxılıb, amma heç kim uşaq deyil. Gecənin bir aləmi kimsə dama çıxıb ehtiyatsızlıqdan yıxılmır".

Bu sözləri Oxu.Az-a açıqlamasında ötən gecə intihar edən Qadir Məmmədovun qohumu deyib.

O bildirib ki, Qadir ehtiyatsızlıqdan yıxılmayıb, intihar edib:

"İntihar səbəbi hələ ki, dəqiq məlum deyil. Ehtiyatsızlıqdan yıxılmayıb, səhər sübh çağı damda adamın nə işi var? Bu ehtiyatsızlıq ola bilməz. Onun yanında adamlar olub, onlardan da izahat alınıb. Hərə bir söz yazır, deyir. Bizim bildiyimiz qədər, ortada şantaj xarakterli bir şey var. Amma tam olaraq nə olduğu barədə məlumatsızıq. Əşyaları, telefonu hər biri istintaqdadır, araşdırma aparıldıqdan sonra ailəsinə məlumat veriləcək.

Doqquzuncu mikrorayondakı binaya gəlməzdən öncə 14 mərtəbəli başqa bir binaya gedib. Orada dama çıxan blokun qapısının kodunu öyrənə bilməyib deyə, bura gəlib. Bu blokun qapı kodunu tapıb, dama çıxıb. Özünü atmazdan qabaq da anası ilə danışıb, halallaşıb".

Qohumu qeyd edib ki, intihar anında onun dostu yanında olub:

"Dostu yanında olub. Onun izahatını alıb, buraxılanda danışdıq. Hadisə ilə bağlı ondan maraqlandıq. O deyir ki, Qadir dama çıxmaq istəyəndə tutub saxlayırmış, dama çıxmağa qoymayıb. Bir anda əlindən qaçıb, dama çıxıb. Dostuna zəng gəlib, elə o telefonu açmaq üçün bir addım qırağa atanda özünü damdan atıb. Binanın həyətində maşın var idi, onun üstünə düşüb, oradan da yerə".

O bildirib ki, Qadir çox mehriban uşaq olub:

"Özü idmançı idi, oxumaqla arası olmayıb. Ancaq idmana gedib, oradan da evinə-eşiyinə gələn biri olub. Yaşına görə çox böyük, özünə hörmət qazanmış, ətrafı geniş uşaq idi. Yaşı az olsa da, ətrafında gözəl insanlar ilə əhatə olunmuşdu. Xaraktercə qaynayıb-qarışan, öz işində olan biri idi".

***

Sumqayıtda binadan yıxılması barədə xəbər yayılan gənc oğlanın intihar etdiyi məlum olub.

Mia.az Lent.az-a istinadən xəbər verir ki, martın 9-da gecə saat 2 radələrində Corat qəsəbə sakini 2008-ci il təvəllüdlü Qadir Elçin oğlu Məmmədov 9-cu mikrorayonun ərazisində yerləşən yaşayış sahəsindəki binanın 15-ci mərtəbəsindəki eyvandan özünü atıb.

İntiharın səbəbi məlum deyil.

Araşdırmalar Sumqayıt Şəhər Prokurorluğu tərəfindən aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://mia.az
archiveBu xəbər 10 Mart 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri