Icma.az
close
up
RU
Sumqayıtda 36 nömrəli tam orta məktəbin yenidənqurmadan sonra açılışı olub FOTOLAR

Sumqayıtda 36 nömrəli tam orta məktəbin yenidənqurmadan sonra açılışı olub FOTOLAR

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

15 sentyabr – Bilik günü ərəfəsində Sumqayıt şəhərində əsaslı yenidənqurmadan sonra 36 nömrəli tam orta məktəbin açılışı keçirilib. SİA xəbər verir ki, açılış mərasimində elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Abşeron-Xızı Regional Təhsil idarəsinin müdiri İlhamə Abdullayeva, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov müəllim və şagird kollektivini Bilik Günü münasibətilə təbrik edərək, yeni tədris ilində uğurlar arzulayıb.

Şəhər rəhbəri bildirib ki, Sumqayıt təhsil sahəsində daim yüksək nəticələr göstərir və hər il şəhər məktəblərinin məzunları qəbul imtahanlarında ölkə üzrə ən yüksək nəticələrə imza atırlar: “Bu uğurlar müəllimlərimizin fədakar əməyinin və şagirdlərimizin zəhmətsevərliyinin göstəricisidir. Əminəm ki, yenilənmiş bu məktəb gələcəkdə də elmə maraqlı, vətənpərvər gənclərin yetişməsində mühüm rol oynayacaq”.

Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə öz çıxışında ölkə rəhbərliyinin təhsilə göstərdiyi xüsusi diqqət və qayğını vurğulayıb: “Son 20 ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən dövlət proqramları, Birinci vitse-prezident Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun rəhbərliyi ilə həyata keçirilən layihələr nəticəsində ölkə ərazisində 3500-dən çox məktəb binası ya yenidən tikilib, ya da əsaslı təmir olunub. Bu, Azərbaycan təhsilinin inkişafında mühüm dönüş nöqtəsidir”.

Nazir müavini yeni tədris ilində məktəb kollektivinə uğurlar arzulayıb və məktəbin müasir təhsil mühitinin yaradılmasının Sumqayıtda təhsilin inkişafına əlavə təkan verəcəyinə əminliyini bildirib.

Çıxışlardan sonra tədbir iştirakçıları məktəbin sinif otaqları, fənn kabinetləri, laboratoriyalar, kitabxana, idman və akt zalları ilə tanış olublar.

Qeyd olunub ki, 1989-cu ildən fəaliyyət göstərən və 1296 şagird yeri olan məktəb binası 2023-cü ilin dekabr ayında əsaslı təmirə verilib, təmir işləri isə 2025-cü ilin avqustunda tamamlanıb.

Təhsil müəssisəsinin ümumi tikinti sahəsi 3262 kvadratmetr təşkil edir. Müasir tələblərə uyğun inşa olunan üçmərtəbəli binada 46 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 1 tibb otağı, 2 əmək təlimi otağı, 1 hərbi hazırlıq otağı, 1 kitabxana və oxu zalı, 220 nəfərlik akt zalı, 216 nəfərlik yeməkxana, 2 idman zalı, 12 sanitariya qovşağı və 1 qardirob istifadəyə verilib.

Məktəb binası internet şəbəkəsi, 162 kompüter, 462 parta, 924 stul, 12 kondisioner, təhlükəsizlik kameraları, laboratoriya cihazları, fərdi qazanxana, istilik sistemi və su-elektrik təminatı ilə də təchiz olunub. Həyətyanı sahədə abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Yeni tədris ili üçün məktəbdə 1086 şagird qeydə alınıb və 74 pedaqoji, 32 texniki işçi olmaqla ümumilikdə 101 nəfərlik kollektiv fəaliyyət göstərəcək. Təhsil müəssisəsi eyni zamanda “Rəqəmsal bacarıqlar” layihəsinə də qoşulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Sentyabr 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see461

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see285

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see199

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see198

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see188

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see181

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see178

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see178

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see164

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see162

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see155

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see146

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see145

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see144

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see142

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see136

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri