Icma.az
close
up
RU
Sumqayıtda 6000 manatlıq “Lamborgini” dələduzluğu

Sumqayıtda 6000 manatlıq “Lamborgini” dələduzluğu

Icma.az xəbər verir, Tribuna saytına əsaslanaraq.

Dələduzluq cinayəti ilə bağlı daha bir məhkəmə prosesi yekunlaşıb.

Tribunainfo.az xəbər verir ki, cinayət Sumqayıt şəhərində baş verib.

Zərərçəkmiş S.L. etibarnamə ilə idarə etdiyi “Lamborgini” markalı avtomobili həyat yoldaşının adına rəsmiləşdirmək istəyib. Bu barədə qohumlarından birinə deyib. Qohumu ona F.R. adlı şəxsin bu işi həll edəcəyini bildirib. Bunun müqabilində isə F.R.-ya 6000 manat pul verilməlidir.

Tərəflər görüşüb və deyilən məbləğ F.R-ya verilib. Bir qədər sonra o, zərərçəkmişin qohumu ilə əlaqə saxlayaraq, problemi həll etdiyini deyib.
Lakin sonradan F.R.-nın yalan danışdığı üzə çıxıb və olay barədə polisə müraciət edilib.

F.R. saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Cinayət işinin məhkəmə istintaqı Sumqayıt Şəhər Məhkəməsində aparılıb. F.R. məhkəmədə verilmiş ittihamla özünü təqsirli bilib. O, əməlini maddi ehtiyacla izah edib və peşman olduğunu bildirib. Həmçinin aydın olub ki, istintaq müddətində dəymiş zərər ödənilib. Zərəçəkmiş də artıq təqsirləndirilən şəxslə barışıq əldə edildiyini bildirərək ondan şikayətçi olmadığını deyib.

Məhkəmənin hökmü ilə F.R. 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Onun saxlanıldığı 3 gün müddət 1 günə 2 gün hesablanmaqla verilən cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Qaynarinfo

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 23 Aprel 2025 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri