Icma.az
close
up
RU
Sumqayıtda 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçi şikayətini geri götürdü

Sumqayıtda 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçi şikayətini geri götürdü

Tribuna saytından alınan məlumata görə, Icma.az bildirir.

Ali Məhkəmədə Sumqayıtda məşq zamanı 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən idmançı Mehman Xəlilovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, təqsirləndirilən şəxs kassasiya şikayətini geri götürüb.

Bu səbəbdən məhkum tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması barədə qərar çıxarılıb.

Xatırlatma: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Xəlilov 19 il müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. İttihama görə, 2023-cü il aprelin 29-da 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində sambo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.

Qeyd: Sumqayıt Şəhər Məhkəməsində Mehman Xəlilov barəsindəki 4 aylıq həbs qətimkan tədbiri seçilib. Təqdimata baxılarkən Mehman Xəlilov özünü təqsirli bilmədiyini, uşağın ölümündə günahkar olmadığını deyib. Mehman Xəlilov ilkin olaraq Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirli bilinib. Daha sonra ona Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 06 Fevral 2025 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niyə uşaqlar ataya daha çox BƏNZƏYİR

31 Avqust 2025 02:36see208

Daha bir türkiyəli müğənni Bakıya gəlir

31 Avqust 2025 00:02see180

Kaxaber Tsxadadze: Qol vurduğumuz matçda üstünlüyü qoruyub saxlaya bilmirik

31 Avqust 2025 00:09see155

Formula 1 : Niderland Qran prisində gözlənilməz qonaq

31 Avqust 2025 03:02see144

İlham Əliyev və xanımı Çində səfərdədir

30 Avqust 2025 16:21see137

“Nə arzular yarımçıq qaldı” Fotolar

30 Avqust 2025 15:24see136

Polis Parubinin qatilinin izinə düşüb Media

30 Avqust 2025 17:30see135

Dünyanın ən bahalı və ucuz məhsullarının adı açıqlandı

30 Avqust 2025 15:26see134

Trampın bu dediyi Modini əsəbiləşdirib

30 Avqust 2025 19:45see131

Dadaşovun komandası uğursuz seriyaya son qoyub

31 Avqust 2025 01:07see130

Vüsal İsgəndərli üçün 70 dəqiqə

31 Avqust 2025 01:25see130

Ağcaqanadların yaydığı xəstəliklə bağlı xəbərdarlıq

30 Avqust 2025 16:45see129

Gəncədə qəza olub, xəsarət alanlar var

30 Avqust 2025 22:30see129

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see127

Sentyabrın 1 də hava kəskin dəyişir

31 Avqust 2025 14:03see126

Onlayn tanışlıq ətrafında dolaşan bir sıra miflər

31 Avqust 2025 06:32see124

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see123

Bu ölkələr Ukraynaya əlavə HHM sistemləri verəcəklər

31 Avqust 2025 00:44see122

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see120

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri