Sumqayıtda ağacəkmə aksiyası keçirilib
Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində pilot yaşıllıq zonasının yaradılması məqsədilə ağacəkmə aksiyası təşkil olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin təşəbbüsü, Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsi və “KM Group” tikinti şirkətinin təşkilatçılığı ilə keçirilən aksiya zamanı ərazidə yerli iqlim şəraitinə uyğun 200-dən çox küknar və şam tingi əkilib.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən pilot yaşıllıq zonalarının yaradılması şəhər ərazilərində yaşıllıqların artırılmasına, ekoloji tarazlığın qorunmasına və tikinti layihələrinin ətraf mühitə təsirlərinin azaldılmasına yönəlib.
Post navigation
Previous: Kitab Sərgisində Musa Yaqubun “Gül bağçası” kitabı təqdim olundu
Baxış sayı:115
Bu xəbər 23 Oktyabr 2026 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















