Icma.az
close
up
RU
Sumqayıtda anım mərasimi keçirildi FOTOLAR

Sumqayıtda anım mərasimi keçirildi FOTOLAR

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan xalqının müstəqillik, azadlıq və suverenlik uğrunda apardığı mübarizənin şanlı və eyni zamanda faciəli səhifələrindən biri olan 20 Yanvar hadisələrinin 36-cı ildönümü ilə əlaqədar Sumqayıt şəhərində anım mərasimi keçirilib.

"Unikal" xəbər verir ki, yanvarın 20-də Sumqayıt şəhər ictimaiyyəti şəhidlərin xatirəsini dərin ehtiramla yad etmək üçün Şəhidlər xiyabanını ziyarət edib. Mərasimdə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsi böyük hörmət və ehtiramla anılıb.

Saat 12:00-da ölkənin hər yerində olduğu kimi, Sumqayıt şəhərində də bir dəqiqəlik sükut elan olunub. Avtomobillərin hərəkəti dayandırılıb, şəhər ərazisində sükut hökm sürüb və Azərbaycan şəhidlərinin əziz xatirəsi ehtiramla yad edilib.

Anım mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının rəhbər və əməkdaşları, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, müharibə veteranları, qazilər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları Şəhidlər xiyabanında ucaldılmış “Qalib Əsgər” abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar. Daha sonra Vətənimizin azadlığı uğrunda canlarından keçmiş qəhrəmanların məzarları üzərinə gül dəstələri düzülüb, onların ruhuna dualar oxunub.

Qeyd olunub ki, 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda və digər bölgələrdə törətdiyi qanlı hadisələr Azərbaycan xalqının milli azadlıq iradəsini sarsıtmayıb, əksinə, müstəqillik yolunda mübarizəni daha da gücləndirib.

Vurğulanıb ki, bu gün müstəqil və qalib Azərbaycanın əldə etdiyi uğurlar, ərazi bütövlüyünün bərpası və dövlət suverenliyinin təmin olunması 20 Yanvar şəhidlərinin ruhuna ən böyük ehtiramın ifadəsidir. Onların xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq və gələcək nəsillərə örnək olacaq.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://unikal.az
archiveBu xəbər 20 Yanvar 2026 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see333

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see325

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see320

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see292

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see284

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see197

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri