Icma.az
close
up
RU
Sumqayıtda başladı, “Neftçi”də parladı, Türkiyədə dəfn olundu

Sumqayıtda başladı, “Neftçi”də parladı, Türkiyədə dəfn olundu

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tanınmış futbolçu və məşqçi Tofiq Abbasov 75 yaşında dünyasını dəyişib. O, dekabrın 4-də son vaxtlar yaşadığı Türkiyədə ürəktutmasından keçinib. Abbasov əsasən 1971-79-cu illər aralığında “Neftçi”nin heyətində göstərdiyi oyunla tanınıb. Yarımmüdafiəçi karyerası ərzində “Polad” (Sumqayıt) və “Xəzər”in (Lənkəran) da şərəfini qoruyub. Eyni zamanda, “Termist”, “Xəzər” və “Göyəzən”in baş məşqçisi kimi fəaliyyət göstərib. Sonuncu dəfə Rusiyanın “Dinamo” klubunun qadınlardan ibarət komandasının idman direktoru vəzifəsində çalışıb.

Tofiq Abbasovla bağlı xatirələri yada salmaq üçün “Neftçi”nin sabiq futbolçusu Asim Xudiyevə müraciət etdik:

“İlk növbədə qəzetinizə təşəkkürlərimi bildirmək istəyirəm ki, veteran futbolçuları həmişə işıqlandırırsız. Bu ən vacib məqamlardan biridi. Mən “Neftçi”nin təlim-məşq toplanışına ilk dəfə 1974-cü ildə qoşulmuşam. Tofiq həmin illərdə “Neftçi”nin əsas oyunçularından biri idi. Sağ yarımmüdafiəçi mövqeyində oynayırdı. Biz həmin futbolçuları televizorda və stadionlarda görmüşdük. Təlim-məşq toplanışına gələndən sonra Tofiq müəllim bizə müəyyən istiqamətlər verirdi. Təcrübəsindən istifadə edir, tövsiyələrini çatdırırıdı. 1976-cı ildə bizi təcrübə üçün “Avtomobilçi”yə göndərmişdilər. 1977-ci ildə “Neftçi” yüksək liqaya vəsiqə qazanandan sonra bizləri geri qaytardılar. “Ağ-qaralar”ın əsas heyətinə daxil etdilər. 1977, 1978-ci illərdə və 1979-cu ilin 1-ci yarısına kimi Tofiq müəllimlə birlikdə oyunlara hazırlaşırdıq. SSRİ çempionatının oyunlarında çiyin-çiyinə mübarizə aparırdıq. Tofiq, səhv etmirəmsə, Sumqayıt futbol məktəbinin yetirməsi olub. “Neftçi”nin heyətində 200-dən oyunda iştirak edib. 1978-ci ildə Bakıda Tiflis “Dinamo"suna çox gözəl qol vurmuşdu. Təəssüf ki, 1990-cı ildə ailəsi ilə birlikdə Moskvaya köçdü. 1990-cı illərin sonunda mən Moskvada olarkən dəfələrlə oyunlarda və ya asudə vaxtı görüşlərimiz olurdu, “Neftçi”dəki günlərimizi yada salırdıq. Qızı Türkiyədə yaşayırdı. Səhv etmirəmsə, sonradan oraya köçdü. Ürəyində problem olduğuna görə dünyasını dəyişdi. Həmin dövrün futbolçuları haqda az adamım məlumatı var. Tofiq müəllimlə çalışan məşqçilərdən məlumat aldım, mənə söylədilər ki, Türkiyədə dəfn olunacaq”.


ƏSƏD SEYİDOV
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 Dekabr 2024 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see326

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see317

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see307

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see293

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see291

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see259

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see249

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see247

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see229

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see227

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see226

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see224

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see213

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see210

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see209

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see194

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see184

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see167

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see167

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri