Icma.az
close
up
RU
Sumqayıtda binada yanğın olub, iki nəfər təxliyə olunub AZƏRTAC

Sumqayıtda binada yanğın olub, iki nəfər təxliyə olunub AZƏRTAC

Bakı, 16 dekabr, AZƏRTAC

Sumqayıtda üçmərtəbəli binanın zirzəmisində yanğın baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində zirzəmidə yerləşən vətəndaşa məxsus ümumi sahəsi 70 kvadratmetr olan ikiotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 15 kvadratmetr sahədə və yataq otağında 1 ədəd çarpayı və 1 ədəd televizor yanıb. Mənzilin böyük hissəsi yanğından mühafizə olunub, yanğın söndürülüb. Təhlükəsizlik tədbirləri çərçivəsində iki nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

seeBaxış sayı:33
embedMənbə:https://azertag.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri