Icma.az
close
up
RU
Sumqayıtda dəhşətli cinayət: 42 yaşlı kişi borca görə qonşusuna xəsarət yetirdi

Sumqayıtda dəhşətli cinayət: 42 yaşlı kişi borca görə qonşusuna xəsarət yetirdi

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sumqayıt şəhərində 1983-cü il təvəllüdlü Mərdan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qonşusu Elsevərə (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, Lənkəran sakini, 1983-cü il təvəllüdlü Mərdan 12 mart 2022-ci ildə qonşusu Elsevərin istəyi ilə ona 30 manat borc verib. 
Lakin Elsevər razılaşdıqları kimi aldığı həmin borcu martın 13-də geri qaytarmadığından həmin gün axşam saat 23 radələrində Mərdan onun yaşadığı ünvana gedərək qapını döyüb. Amma o, evdə olmadığı üçün həyat yoldaşı Esmira qapını açmayıb. Bundan sonra Esmira bu barədə əri Mərdana bildirib. 
Növbəti gün, yəni martın 14-də, saat 22 radələrində Mərdan yaşadığı mənzildə olduğu zaman Elsevərin telefon zəngi ilə məhəlləyə düşüb və onun dostu Həmidin idarə etdiyi “Opel" markalı avtomobilin arxa sərnişin oturacağında əyləşib. 
Avtomobildə olan zaman Elsevər gecə vaxtı 30 manata görə qapısını döyməsinə görə ona irad bildirməsi ilə bağlı aralarında mübahisə başlayıb. Daha sonra Elsevərin istəyi ilə Həmid avtomobili şəhərin 3-cü mikrorayon ərazisində yerləşən 13 nömrəli məktəbin yaxınlığına sürüb və saat 22:30-da orada avtomobildən eniblər. 
Daha sonra Elsevər onu təhqir edərək sifətinə yumruqla zərbə endirməsi ilə bağlı qarşılıqlı dava ediblər. Hadisə zamanı hər ikisi ayaqüstə olarkən Mərdan Elsevəri öldürmək qərarına gəlib. O, əvvəlcədən üzərində olan bıçaqla Elsevərə zərbələr vurub. 
Lakin hadisə zamanı orada olan Həmidin mane olması nəticəsində və yaralıya xəstəxanada vaxtında tibbi yardın ilə zərbələr vurmağı dayandırmış, nəticədə öz iradəsindm göstərilməsi nəticəsində həyatını xilas etmək mümkün olub. 
Hadisəni törədən Mərdanın barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Mərdan ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, 10 ildən artıqdır Sumqayıt şəhəri, Əşya bazarı yaxınlığında avtomobil ustası, yəni malyar kimi fəaliyyət göstərir: “2011-ci ildə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 9 il azadlıqdan məhrumetmə cəzasına məhkum olundum və cəzamı bitirdikdən sonra yenidən öz fəaliyyətimə davam etdim. Elsevər mənim qonşumdur və uşaqlıqdan bir-birimizi tanıyırıq. Münasibətlərimiz əvvəllər yaxşı olub, aramızda ədavət və düşmənçilik olmayıb”.
Təqsirləndirilən şəxs qeyd edib ki, martın 12-də ilk dəfə Elsevər ondan borca 30 manat alıb və səhəri qaytaracağını deyib: “Üzərimdə pul olduğu üçün Elsevərə həmin pulu verdim. Amma qısa zamanda qaytarmasını xahiş etdim. Elsevər isə ona səhəri gün pulu qaytaracağını dedi. Növbəti gün axşam saat 23 radələrinə kimi onu gözlədim. Lakin xəbər çıxmadığından ona zəng etdim. Lakin zənglərimə cavab vermədi. Bundan sonra onun evinə getdim. Nə qədər qapısını döysəm də, açan olmadı”. 
Mərdanın ifadəsinə görə, martın 14-də, saat 22 radələrində yaşadığı evdə olduğu zaman Elsevər ona zəng edib və aşağı, yəni məhəlləyə düşməyini xahiş edikb: “Mən də Elsevərin sözü ilə aşağı düşdüm və məhəllədə onun məni “Opel” markalı avtomobildə gözlədiyini gördüm. Avtomobilin sükanı arxasında tanımadığım, sonradan adının Həmid olduğunu bildiyim tanışı əyləşmişdi. Mən arxa oturacaqda, Elsevər isə ön sərnişin oturacağında əyləşdi. Bu zaman onun içkili olduğunu hiss etdim. O, məndən niyə gecə vaxtı qapısına gəldiyimi soruşdu. Mən  isə cavab olaraq borc alanda pulu səhər qaytaracağı ilə bağlı söz verdiyini, lakin sözünün üstündə durmadığı üçün zəng etdiyimi və cavab vermədiyi üçün gecə qapısına gəldiyimi dedim. Bundan sonra Elsevər aqressivləşdi və Həmiddən 3-cü mikrorayon ərazisində yerləşən 13 nömrəli məktəbin yanına sürməsini istədi. Sürücü də həmin istiqamətdə irəlilədi. Elsevər yolboyu eyni məzmunlu söhbətlər etdi. Həmin yerə gəldikdən sonra hər ikimiz avtomobildən düşdük. Buna görə məni söyüb təhqir etməyə başladı. Mən isə verdiyi sözə əməl etmədiyinə görə gecə evinə gəldiyimi dedim. Lakin o, yenə də məni təhqir etməyə davam etdi. Bununla kifayətlənməyərək sifətimə yumruqla zərbə endirdi. Onunla bacara bilmədiyim üçün bıçağa əl atmalı oldum. Bıçaqla zərbə vurandan sonra oradan getdim. Həmin vaxt Elsevərə endirdiyim bıçaq zərbələrinin ciddi xəsarətlər olmadığını düşündüm. Lakin martın 15-də Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları yaşadığım evə gələrək məni həmin hadisə ilə bağlı sorğu-sual edəndə törətdiyim əməli etiraf etdim və polislərlə birlikdə izahat vermək üçün polis idarəsinə yollandım”.
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mərdan 10 il azadlıqdan məhrum edilib. Onun cəzasını xüsusi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Dekabr 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see211

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see191

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see161

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see160

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see153

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see145

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see145

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see140

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see140

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri