Sumqayıtda ər arvadını bıçaqlayıb
Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sumqayıtda ər arvadını bıçaqlayıb.
APA xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb.
1993-cü il təvəllüdlü Vüqar Məmmədli ailə münaqişəsi zəminində həyat yoldaşı 2002-ci il təvəllüdlü Zəkiyyə Məmmədliyə bıçaqla xəsarətlər yetirib.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.




Sumqayıtda ər arvadını bıçaqlayıb
02 Dekabr 2024 10:20

