Icma.az
close
up
RU
Sumqayıtda evdə doğulan körpə öldü, qadının durumu ağırdır Yenilənib

Sumqayıtda evdə doğulan körpə öldü, qadının durumu ağırdır Yenilənib

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Sumqayıtda 23 yaşlı qadın evdə doğuş edib, körpəsi ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə ötən gün saat 08:00 radələrində baş verib.

Belə ki, 2002-ci il təvəllüdlü Sevil Almurad qızı Səlimova yaşadığı evdə təbii doğuş edib. 

Ev şəraitində baş verən doğuş zamanı körpə ölüb.

Məsələ ilə bağlı TƏBİB-dən “Report”a bildirilib ki, ötən gün saat 05:23-də Ceyranbatan qəsəbəsindən təcili tibbi yardım xidmətinə çağırış daxil olub:

“Çağırış əsasında saat 05:35-də ünvana təcili tibbi yardım briqadası cəlb edilib. Hadisə yerində 23 yaşlı qadının vaxtından əvvəl doğuş keçirdiyi müəyyən edilib. Təcili tibbi yardım briqadası hadisə yerinə çatdıqda dölün həyat əlamətləri müşahidə edilməyib və ölü doğuş halı qeydə alınıb. Müvafiq qaydalara uyğun olaraq, həkimə qədər ölüm faktı qeydə alınıb.”

Hadisə ilə bağlı müvafiq araşdırmalara başlanılıb.

***

Sumqayıt Tibb Mərkəzindən “Report”a bildirilib ki, Sumqayıtda evdə doğuş zamanı körpəsi ölən 23 yaşlı qadının vəziyyəti ağırdır.

Qeyd olunub ki, zahı qadın ötən gün mərkəzin nəzdindəki Perinatal Mərkəzin Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Zəruri tibbi xidmətlər göstərilən pasiyent stasionar tibbi xidmətdən imtina edərək evə buraxılıb.

Məlumata görə, o, bu gün saat 10:10 radələrində yenidən təcili tibbi yardım avtomobili vasitəsilə Perinatal Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub, müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.

Həmçinin bildirilib ki, 23 yaşlı qadın hamiləlik dövründə heç bir tibb müəssisəsində qeydiyyatda olmayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 28 May 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see318

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see280

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see252

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see201

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see185

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see175

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see162

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see141

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see131

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see130

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Neymar və het trik

04 Dekabr 2025 09:17see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see123

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri