Icma.az
close
up
RU
Sumqayıtda hüquq ixtisasına qəbul olmuş tələbələrlə görüş keçirildi

Sumqayıtda hüquq ixtisasına qəbul olmuş tələbələrlə görüş keçirildi

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

13 sentyabr 2025-ci il tarixində Sumqayıt şəhərində ali təhsil müəssisələrinin hüquq ixtisasına qəbul imtahanlarında yüksək nəticə göstərmiş tələbələr üçün Manifest kitab evində xüsusi tədbir təşkil olunub.

Tədbir Sumqayıt Şəhər İcra Hakimiyyəti, Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi, NeyroFay Networking klubu və Manifest kitab evinin birgə dəstəyi ilə reallaşıb. Tədbirin əsas məqsədi hüquq sahəsinə maraq göstərən gənclərin təhsil uğurlarını dəyərləndirmək, onların elmə olan marağını artırmaq və gələcək hüquqşünas kimi cəmiyyətə nümunə göstərmək olub.

Tədbirdə çıxış edən NeyroFay Networking klubunun təsisçisi Bəxtiyar Bəxtiyarov hüquq ixtisasına qəbul olmuş tələbələr üçün xüsusi mentorluq proqramlarının icrasına başlanacağını qeyd edib. Bu proqramlar gənclərə təhsil müddətində hüquq sahəsində fəaliyyət göstərən peşəkarların müşayiəti ilə peşə inkişafına dəstək göstərmək, onlara soft skills bacarıqları və praktiki təcrübə qazandırmaq məqsədi daşıyır. Bəxtiyar Bəxtiyarov bildirib ki, bu təşəbbüs tələbələrin özünəinamının artmasına, şəxsi inkişafına və gələcək karyera istiqamətlərinin müəyyənləşdirilməsinə əhəmiyyətli töhfə verəcək.

Sumqayıt Regional Vəkil Bürosunun rəhbəri Anar Qasımlı da tələbələri təbrik edərək onların hüquq sahəsində uğur qazanmaq üçün yalnız akademik biliklərlə kifayətlənməməli, həm də şəxsi inkişaf və praktiki təcrübəyə xüsusi önəm verməli olduqlarını vurğulayıb. O, eyni zamanda, hüquq ixtisasına qəbul olunmuş tələbələri gələcək peşəkar fəaliyyətlərinə dəstək məqsədilə öz bürosunda təcrübə keçməyə dəvət edib.

Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İB-nin rəhbəri Zenfira Mustafayeva isə qeyd edib ki, hüquq sahəsində nəzəri biliklərin real iş mühitində tətbiqi, əmək bazarına daha hazırlıqlı daxil olmaq, yeni peşə bacarıqları qazanmaq və şəbəkələşmə imkanlarından yararlanmaq gənclərin uğurlu gələcəyi üçün mühüm rol oynayacaq.

Sumqayıt şəhərində hüquq ixtisasına maraq göstərən və yüksək nəticələr qazanan abituriyentlərin sayı ildən-ilə artır və bu ənənə uğurla davam etdirilir. Öz məqsədinə nail olmuş hər bir tələbəyə hüquq təhsili və gələcək peşə fəaliyyətlərində uğurlar arzulayırıq.

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Sentyabr 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri