Sumqayıtda iki nəfərin ölümüylə nəticələnən dəhşətli qəzanın görüntüsü ANBAAN VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Sumqayıt şəhəri Sülh küçəsində baş vermiş qəzanın görüntüsü anbaan avtomobilin videoregistratoruna düşüb.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərib. Belə ki, hərəkətdə olan “KIA” markalı maşının “Hyundai” markalı avtomobillə toqquşub. Ağır qəza baş verməzdən öncə “KIA” sürücüsünün yolu qaçaraq keçən piyadanı vurması kadrda əks olunub. Ardınca manevr edən sürücü bu zaman sağ zolaqdakı “Hyundai”a çırpılıb. Zərbənin təsirindən hər iki maşın yol kənarına düşüb. Hadisə zamanı “KIA” markalı avtomobil yanaraq yararsız hala düşüb, digər nəqliyyat vasitəsi də sıradan çıxıb. Görüntünü qeydə alan sürücünün sözlərinə görə, qəzaya düşən hər iki avtomobilin sürücüsü yol boyu yüksək sürətlə hərəkət ediblər. Nəticədə “KIA”nın sürücüsü yolu keçən piyadanı son anda görsə də dəhşətli qəzadan xilas ola bilməyib.
Xatırladaq ki, səs-küyə səbəb olan qəzayla bağlı saytımızda xəbər dərc olunmuşdu. Belə ki, yanvarın 16-da saat 20:40 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 22 Yanvar 2025 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















