Sumqayıtda ilginc olay: 63 yaşlı qadın və iki qardaş hamamda zəhərləniblər
Icma.az bildirir, Mia.az portalına istinadən.
Sumqayıt şəhərinin 22-ci məhəllə ərazisində hər kəsi dəhşətə gətirən hadisə baş verib.
Mia.az Denmedia.az-a istinadla xəbər verir ki, ötən gecə hamam otağında üç nəfərin dəm qazından zəhərlənməsi faktı qeydə alınıb.
İddiaya görə, 1963-cü il təvəllüdlü H.Ş.R qızı iki gənclə birlikdə hamamda olarkən qəfil halı pisləşib.
Hadisə zamanı 1993-cü il təvəllüdlü Ə.Ə.B oğlu və 1995-ci il təvəllüdlü Ə.Ə.B oğlu da dəm qazından zəhərləniblər.
Məlumata əsasən, hər üç şəxs dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi ilkin məlumata görə, zərərçəkənlərin vəziyyəti orta-ağır qiymətləndirilir və onlara zəruri tibbi yardım göstərilir.
İlkin ehtimallara görə, hadisəyə hamamda quraşdırılmış qaz avadanlığının nasazlığı və ya havalandırma sisteminin düzgün işləməməsi səbəb ola bilər.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 04 Yanvar 2026 23:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















