Sumqayıtda “Jeep”lə toqquşan “Mercedes” yolun ortasında aşdı VİDEO
Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə sentyabrın 29-da səhər saatlarında qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı maşın, “Jeep” markalı avtomobillə toqquşub. Hadisə şahidlərinin iddiasına əsasən, qəzaya səbəb “Mercedes” sürücüsünün anidən idarəetməni itirməsi olub. Nəticədə avtomobilə çırpılan maşın zərbənin təsirindən arxasıüstə aşıb. Qəza zamanı hər iki minik vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Qeyd edək ki, faktla bağlı araşdırma davam edir.
Nərmin

Bakıda “JEEP” yolun ortasında alovlandı VİDEO
24 May 2025 18:19
“Mercedes”lə toqquşan “VAZ” yoldan kənara düşdü VİDEO
12 Fevral 2025 22:31
Ağdamda “Mercedes”lə toqquşan “VAZ” iki hissəyə bölündü VİDEO
01 Sentyabr 2025 17:17
Sumqayıtda “Mercedes” yandı VİDEO
28 Noyabr 2024 14:37

