Sumqayıtda köhnə binalar uçurulur Söküntü hansı məhəllələri əhatə edəcək?
Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə Sumqayıt şəhərində 20-ci və 21-ci məhəllələr köhnə evlər söküləcək.
Bakupost.az xəbər verir ki, söküntü prosesinə gələn ilin mart ayında başlanılacağı bildirilir.
Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev Bakupost.az -a açıqlamasında məlumatı qismən təsdiqləyib.
O, binaların söküləcəyini bildirsə də, bunun nə vaxt həyata keçiriləcəyindən məlumatsız olduğunu bildirib:
“Sumqayıtda istismar müddəti başa çatmış binaların sökülərək yerində yeni binaların tikilməsi planlaşdırılır. Ancaq həmin binaların mart ayından söküləcəyi ilə bağlı bizdə hələlik məlumat yoxdur. Hazırda isə bir neçə məhəllədə bu prosesə başlanılıb və davam etdirilir. Məsələn, hazırda 17-ci məhəllədə artıq istismar müddəti başa çatan binalrın söküntüsünə başlanılıb”.
Lalə Novruz, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 13 Dekabr 2024 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















