Sumqayıtda köşk sahibi səkini zəbt edib Soyuducuları dayanacağa düzüb VİDEO
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Sumqayıt şəhəri, Bakı küçəsində xoşagəlməz mənzərə hökm sürür.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” səhifəsinə videomaterial göndərib. Sözügedən ərazidəki səki köşkə məxsus soyuducular tərəfindən zəbt olunub. Belə ki, soyuducuları səkiyə düzən sahibkar bununla kifayətlənməyərək dayanacağın bir hissəsini də özəlləşdirib.
Nəticədə sərnişinlərin yarısı dayanacaqdan kənarda dayanaraq avtobus gözləyirlər. Şikayətçi, xüsusilə əlverişsiz hava şəraitində sərnişinlərin əziyyət çəkdiyini bildirib. İzləyicinin sözlərinə görə, vətəndaşların kütləvi narazılığına baxmayaraq sahibkar öz “fəaliyyət”indədir.
Ümid edirik ki, bu barədə müvafiq qurumlar qısa zamanda tədbir görəcək.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 17 Fevral 2025 17:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















