Sumqayıtda martın 1 də peyda olan quyunun hansı məqsədlə qazıldığı bəlli oldu
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Sumqayıt şəhəri, Kamran Hüseynov küçəsində yol kənarında martın 1-də qazılan quyuda iş görülməməsi sakinlərin narazılığına səbəb olub.
Bu barədə onlar Oxu.Az-a şikayət ünvanlayıblar.
Bildiriblər ki, qazıntının nə məqsədlə aparıldığı məlum deyil, ərazidə işlərin davam etdirilməsi istiqamətində hər hansı bir tədbir görülmür.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, hazırda "Abşeron yarımadasının su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin Baş planı"na əsasən, Sumqayıt şəhərinin və ətraf qəsəbələrin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinə uyğun olaraq kanalizasiya kollektor və xətlərinin inşası işləri həyata keçirilir:
"Bu işlər çərçivəsində qazıntılar aparılan ərazilərdə müvafiq standartlara uyğun olaraq təhlükəsizlik sərhədləri və nişanları yerləşdirilib".
Sözügedən ərazidən görüntünü təqdim edirik:
Sumqayıtda martın 1-də peyda olan quyunun hansı məqsədlə qazıldığı bəlli oldu
Aygün Mirakif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 17 Mart 2025 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















