Sumqayıtda məmurla vətəndaşın it mübahisəsi böyüdü: “Ruhi xəstədirlər, həkimə getsinlər”
GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
Sumqayıt şəhərində məmura məxsus olduğu iddia edilən həyətdə saxlanılan çoxsaylı it və atın yaratdığı səs-küy, sanitar problemlər qonşularda narazılığa səbəb olub. Bildirilir ki, heyvanların gecə-gündüz yaratdığı narahatlıq sakinlərin sağlamlığına və psixoloji durumuna mənfi təsir göstərir.
Sakinlər bu haqda “Qafqazinfo”ya şikayət ediblər.
Sumqayıt şəhəri Novxanı bağ massivi 377A ünvanında yaşayan 66 yaşlı Novruz Əsgərov bildirib ki, qonşu həyətdə saxlanılan itlər və atlar ailəsinə ciddi narahatlıq yaradır.
Onun sözlərinə görə, məsələ ilə bağlı qonşusuna dəfələrlə müraciət etsələr də, nəticə əldə olunmayıb:
“Ürək əməliyyatı keçirmişəm, yoldaşım yüksək təzyiq xəstəsidir, evdə 4 uşaq var. Qonşunun həyətində saxlanılan 9 itin fasiləsiz hürməsi səbəbindən gecələr yatmaq mümkün olmur. Bu vəziyyət həm səhhətimizə, həm də uşaqların psixoloji durumuna ciddi təsir edir. 3 yaşlı nəvəm gecələr qorxu ilə oyanır. Bundan başqa, həyətdə saxlanılan 5 atın yaydığı qoxu da əlavə narahatlıq yaradır”.
Şikayətçi bildirib ki, bəzi hallarda itləri sakitləşdirmək üçün həyətə daş atmağa məcbur qalıblar və bu səbəbdən mühafizəçi tərəfindən hədələniblər.
N.Əsgərov qeyd edib ki, apardıqları araşdırma zamanı həmin it və atların Müdafiə Sənayesi Nazirliyinin “Cihaz” İstehsalat Birliyinin direktoru Fəlah Quliyevə məxsus olduğunu öyrəniblər.
İddialarla bağlı Globalinfo.az Fəlah Quliyevlə əlaqə saxlamağa çalışsa da, nömrənin başqa şəxsə məxsus olduğu bildirilib.
Daha sonra əməkdaşımız Fəlah Quliyevin evində çalışan Şahin adlı şəxslə əlaqə saxlayıb.
Həmin şəxs qonşuların iddialarını təkzib edib:
“İt durduğu yerdə hürmür. Daş atırlar, ona görə hürür. Onlar yaşadıqları evin ikinci mərtəbəsindən həyətə daş atırlar, it də qıcıqlanır. Şikayət edənlər ruhi problemlərdən əziyyət çəkirlər, gedib özlərini həkimə göstərsinlər. İt heç vaxt səbəbsiz hürmür. Küçədə olan itlər kiməsə hürür bəyəm? Şikayət edənlər normal adamlar deyillər. Bizim heç bir qonşu ilə problemimiz yoxdur”.
Sakinlər isə bildiriblər ki, şikayət mətbuatda yayımlandıqdan sonra itlərin səs-küyü daha da artıb. Onların iddiasına görə, bu yolla Fəlah Quliyev və ona yaxın şəxslər sakinləri bezdirməyə çalışırlar.
Qeyd edək ki, Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, vətəndaş tərəfindən rəsmi müraciət daxil olduğu halda məsələ qanunvericiliyə uyğun şəkildə yerində araşdırıla bilər.
Leyla Əlisoy
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 13 Yanvar 2026 14:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















