Sumqayıtda NASCO XXVII elmi konfransının plenar iclası keçirilib
Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sumqayıt Dövlət Universitetində (SDU) Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransının (NASCO XXVII) plenar iclası başa çatıb.
“Report”un yerli bürosunun məlumatına görə, konfrans Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Sumqayıt Dövlət Universitetinin (SDU) birgə təşkilatçılığı və “SOCAR Polymer” MMC-nin baş sponsorluğu, BP və “Nobel Energy” şirkətlərinin sponsorluğu ilə SDU-da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilib.
Konfransda elm və təhsil naziri Emin Əmrullayev, bir sıra nüfuzlu ali məktəblərin rektorları, tanınmış alimlər, gənc tədqiqatçılar iştirak edib.
Tədbirdə giriş nitqi ilə çıxış edən SDU-nun rektoru, dosent Rüfət Əzizov elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi məqsədilə ölkədə həyata keçirilən genişmiqyaslı islahatlardan ətraflı danışıb.
Konfransda çıxış edən elm və təhsil naziri Emin Əmrullayev 27-ci dəfə keçirilən konfransın gənc alimlərə böyük imkanlar yaratdığını vurğulayıb. Nazir bildirib ki, hazırda müasir təhsil infrastrukturunun yaradılması, universitetlərdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi və elmi-tədqiqat fəaliyyətlərinin gücləndirilməsi bu sahədəki əsas prioritetlərdəndir.
Plenar iclasdan sonra konfrans öz işini bölmələr üzrə davam etdirib.
Qeyd edək ki, iki gün davam edəcək konfransa 287 tezis daxil olub, onlardan 251 tezis qəbul olunub. Konfrans dekabrın 11-də yekunlaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 10 Dekabr 2024 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















