Icma.az
close
up
RU
Menu

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

Bakının 27 istiqamətində tıxac VAR Foto

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Sumqayıtda oğlunu xüsusi amansızlıqla öldürmək istəyən ata ilə bağlı QƏRAR

Sumqayıtda oğlunu xüsusi amansızlıqla öldürmək istəyən ata ilə bağlı QƏRAR

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ali Məhkəmədə xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhddə, qanunsuz olaraq silah saxlamada təqsirləndirilən Ərzuman Əhmədovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

BAKU.WS Pravda.az-a istinadən xəbər verir ki, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisə 28 fevral 2024-cü il tarixdə, saat 14 radələrində Sumqayıt şəhəri Yeni Yaşayış Massivində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində baş verib.

Belə ki, Ərzuman Əhmədov orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olarkən, əvvəllər spirtli içki qəbul etməyi tərgitməsinə baxmayaraq, yenidən bu vərdişə qayıtması ilə bağlı oğlu Məhəmmədəli Əhmədov tərəfindən yaxınlarına məlumat verildiyini öyrənib. O, bu səbəbdən qəzəblənərək ona irad tutub.

Yaranmış mübahisə qısa zamanda kəskinləşərək ailə münaqişəsinə çevrilib.

İstintaqla müəyyən olunub ki, ata qisas almaq və oğlunu öldürmək niyyəti ilə əvvəlcə çapacaqla zərərçəkmiş şəxsə hücum edərək onun kürəyinin sol nahiyəsindən bir dəfə zərbə vurub. Məhəmmədəli hadisə yerindən uzaqlaşmağa çalışsa da, Ərzuman onu təqib edib.

Hadisənin davamında evin koridorunda olan digər oğlu müdaxilə edərək atasının əlindən çapacağı alıb və onu zərərsizləşdirib.

Lakin Ərzuman bundan sonra üzərində gəzdirdiyi, qanunsuz olaraq əldə etdiyi ov bıçağından istifadə edərək Məhəmmədəliyə hücumunu davam etdirib. O, zərərçəkmiş şəxsin sinə və sol qoltuqaltı nahiyəsinə ən azı üç dəfə zərbə vurub.

Nəticədə Məhəmmədəli döş qəfəsinin sol hissəsinin döş boşluğuna nüfuz edən, həyat üçün təhlükəli sayılan ağır bədən xəsarəti alıb. Bundan əlavə, onun bədəninin müxtəlif nahiyələrində səthi yaralar da qeydə alınıb.

Digər oğlunun müdaxiləsi nəticəsində Ərzumanın əlindən bıçaq alınaraq tərksilah edilib. Bununla belə, o, cinayət niyyətindən əl çəkməyərək həyətyanı sahəyə çıxıb və oradan mismarçıxaran çəkic götürərək yenidən Məhəmmədəlinin üzərinə hücuma cəhd edib. Bu zaman digər oğlu yenidən onun qarşısını alıb.

İş materiallarına görə, hadisə zamanı ata oğluna tibbi yardım göstərilməsinin qarşısını almaq məqsədilə mobil telefonu sındıraraq təcili yardım çağırılmasını əngəlləyib. Hadisə yaxınlarının - digər oğlu və həyat yoldaşının gözü qarşısında baş verib və bu hal xüsusi amansızlıq kimi qiymətləndirilib.

Bununla belə, zərərçəkmiş şəxsin fəal müqaviməti, hadisə yerində olan şəxslərin müdaxiləsi və yaralının vaxtında xəstəxanaya çatdırılaraq tibbi yardım göstərilməsi nəticəsində Ərzuman cinayət niyyətini başa çatdıra bilməyib.

Beləliklə, onun əməli qəsdən adam öldürməyə cəhd və qanunsuz olaraq soyuq silah əldə edib gəzdirmə kimi qiymətləndirilib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ərzuman Əhmədov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə onun apellyasiya şikayətini təmin edilməyib.

Bundan sonra məhkumun müdafiəçisi kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, əməlin daha yüngül maddəyə - qəsdən sağlamlığa ağır zərər vurma kimi tövsif olunmasını və məhkuma şərti cəza verilməsini xahiş edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://baku.ws
archiveBu xəbər 06 May 2026 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see359

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see309

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see279

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see253

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see248

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see243

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see229

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see224

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see224

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see221

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see206

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see202

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see202

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see199

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see193

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see193

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see193

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see187

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see183

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri