Sumqayıtda partlayış zamanı xəsarət alan şəxslərdən biri ölüb
Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.
Dekabrın 3-də Sumqayıtda baş verən partlayışda xəsarət alan şəxslərdən biri ölüb.
Sumqayıt Tibb Mərkəzindən AZƏRTAC-a bildirilib ki, 1977-ci il təvəllüdlü Ramin Əliyev ötən gün saat 21 radələrində ölüb. Digər xəsarət alan 2007-ci il (kişi) şəxsin müalicəsi Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Xəstəxanasında davam etdirilir. Onun vəziyyəti ağır olaraq qalır.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, partlayışın nəticələrinin aradan qaldırılması məqsədilə hadisə yerində bərkitmə işləri davam edir. Təhlükəsizlik tədbirləri tam şəkildə həyata keçirildikdən sonra digər iki blokun sakinlərinin mənzillərdə məskunlaşması məsələlərinə baxılacaq. Qəza baş verən girişlə bağlı isə aidiyyəti qurumların mütəxəssislərinin araşdırmaları nəticəsində yekun qərar qəbul ediləcək.
Qeyd edək ki, bina 6 girişdən ibarətdir. 3 girişdə sakinlərin məskunlaşması artıq təmin olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 08 Dekabr 2024 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















