Sumqayıtda qazılmış yol çökdü, maşınlar içinə düşdü Təmir gedir. amma nişan.. VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Paytaxt və bölgələrdə davam edən əlverişsiz hava şəraitinin törətdiyi fəsadlar Sumqayıt şəhərində də təsirsiz ötüşməyib.
Avtosfer.az-ın məlumatına görə, intensiv şəkildə yağan yağış şəhərin Səməd Vurğun küçəsində yolun çökməsinə səbəb olub. Nəticədə ərazidən keçən sürücülər qəzaya uğrayıblar. Kadrdan da görünür ki, “Mercedes”, “Mitsubishi”, “VAZ-2107” və “Mercedes” markalı maşınlar yoldakı dərin çuxurlara düşüb.
Qeyd edək ki, hadisənin görüntüsü sosial şəbəkədə birmənalı qarşılanmayıb. İstifadəçilər sözügedən küçədə bir həftə öncə su-kanalizasiya xətlərinin çəkildiyini və bu səbəbdən yolun qazıldığını bildiriblər. Aparılan təmir işiylə əlaqədar yola heç bir xəbərdaredici nişan qoyulmaması isə sürücülərin maddi ziyana salıb.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 16 Aprel 2025 13:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















