Sumqayıtda qonşular arasında dava düşdü
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Sumqayıtda qadına ağır xəsarətlər yetirən şəxsə cinayət işi açılıb.
Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə yanvarın 5-i saat 21 radələrində Sumqayıt şəhəri, Xəzər bağları, Dalğa küçəsində baş verib.
Belə ki, həmin küçədə yaşayan Şərifov Mikayıl Nurəddin oğlu qonşuluqda yaşayan Ələkbərova Mehparə İmanqulu qızı ilə mübahisə edib.
Nəticədə M.Şərifov əlində olan dəmir alətlə (kərki) M.Ələkbərovanın baş nahiyəsindən bir neçə zərbə vuraraq ona qapalı kəllə-beyin travması və digər ağır dərəcəli bədən xəsarətləri yetirib. Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
M.Şərifov saxlanılıb.
Faktla bağlı Sumqayıt şəhər Pİ-də Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 06 Yanvar 2025 09:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















