Icma.az
close
up
RU
Sumqayıtda sakinlərin “CAN BAZARI”: FACİƏ QAÇILMAZDIR

Sumqayıtda sakinlərin “CAN BAZARI”: FACİƏ QAÇILMAZDIR

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sumqayıt şəhəri 10-cu mikrorayon, bina 15 ünvanında “Abşeron City” yaşayış kompleksinin həyətində yüngül konstruksiya ilə meyvə bazar inşa olunur.

Bu “BAZAR” kompleksin həyətində, iki binanın tən ortasında tikilir. Meyvə bazarının damı isə binanın 1-ci mərtəbəsində eyvanlara bitişik yer alıb. Ərazinin bu vəziyyətdə zəbt edilməsi gələcəkdə baş verə biləcək hadisələr üçün təhlükəli zəmin yaradır.

Bu yaxınlarda FHN məhəllələrdə avtomobillərin düzgün park edilməsi üçün xəbərdarlıq etmişdi. Bu hal isə parklanmadan betər problem yaradacaq vəziyyətdir. Yanğın baş verən zaman iki istiqamətdə həyətin qapalı olması, tikilən obyektin binanın bloklarının qarşısını kəsməsi, eyvanların önünü bağlaması daha acınacaqlı hadisələrin yaşanması ilə nəticələnə bilər.

Bu obyektin tikintisinə kim icazə verib?

Sakinlər bildirirlər ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri sakinləri ilk dəfə əmin ediblər ki, narahatlığa əsas yoxdur razılıq olmasa bu tikili inşa olunmayacaq. Amma sonradan onların fikirlərinə məhəl qoyan olmayıb. Hazırda tikinti sürətlə davam edir.

Kimdir axı sakin? Əsas gücdür. Bəs kimdir o güc? Sakinləri dövlətdən narazı salan güc? Kimdir o şəxs ki, gələcəkdə dövlət sturukturları üçün əlavə yaranacaq problemin bünövrəsini qoyur?

Bir neçə gün öncə Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəsmiləri ərazidə qanunsuz tikililəri sökdüklərini nümayiş etdirərərək ərazidə abadlıq işləri gördüklərini deyirdilər. Maraqlıdır bəs bu tikintiyə necə göz yumublar?

Sadə vətəndaş belə real vəziyyətə baxanda görür ki, ərazidə aparılan tikinti ciddi təhlükə mənbəyidir. İcra hakimiyyətini göz yummağa vadar edən hansı gücdür?

İstənilən fövqəladə hadisənin nəticələrinin aradan qaldırılmasına mane olacaq tikintiyə icazə vermək əhalinin həyatını heçə saymaq deyilmi? Bu tikili ərazidə olan su çənini belə yararsız hala salıb.

Sakinlərin şikayətini və ərazidən çəkilən video kadrları sizə təqdim edirik.

Hörmətli Nazirlik nümayəndələri,

Biz Sumqayıt şəhər, 10-cu mkr., bina 15 (Abşeron city) ünvanında yaşayan sakinlər olaraq, sizə müraciət etmək məcburiyyətindəyik. Yaşadığımız binanın yanında, mənzillərimizin pəncərələri altında yerləşən böyük su çəninin olduğu ərazi bağlanmış və həmin çənin üzərində meyvə bazarı kimi istifadə edilən obyekt tikilmişdir. Bu tikinti bina sahibi tərəfindən aparılmış və onun şəxsi mülkü olduğu bildirilsə də, bu vəziyyət bir neçə ciddi təhlükəsizlik problemlərinə səbəb olur.

            1.         Yanğın və digər fövqəladə hallarda təhlükəsizlik:

            •          Binamızda hər hansı bir yanğın və ya fövqəladə hadisə baş verərsə, yanğınsöndürən maşınlar və təcili yardım bu əraziyə daxil ola bilməyəcək. Çünki su çəni üzərində və ətrafında qurulan obyekt həmin yolu bağlayır. Bu, həm bina sakinlərinin, həm də ümumi ictimai təhlükəsizliyin ciddi şəkildə pozulması deməkdir.

            2.         Su çəninin funksiyasının pozulması:

            •          Su çənləri fövqəladə hallar üçün strateji əhəmiyyət daşıyır və onların üzərinin açıq qalması vacibdir. Çənin üzərində obyekt tikilməsi və bazar kimi istifadə olunması onun məqsədinə uyğun istifadəsinə maneə yaradır ki, bu da gələcəkdə su təchizatı ilə bağlı problemlərə səbəb ola bilər.

            3.         Tikintinin qanunsuz olması ehtimalı:

            •          Binanın sahibi lazımi icazələr aldığını bildirsə də, bu tikintinin şəhərsalma və fövqəladə hallar qanunvericiliyinə uyğun olub-olmadığını yoxlamağınızı xahiş edirik. Çünki bu tikinti, mövcud təhlükəsizlik normalarına və ictimai asayiş qaydalarına zidd görünür.

Yuxarıda sadalanan səbəblərə görə, xahiş edirik ki:

            •          Məsələnin yerində araşdırılması və su çəninin üzərində aparılan tikintinin təhlükəsizlik standartlarına uyğun olub-olmadığının yoxlanılması;

            •          Əgər tikinti qanunsuz və təhlükəli hesab edilərsə, onun sökülməsi və keçidin bərpası üçün müvafiq tədbirlərin görülməsi;

            •          Sakinlərin təhlükəsizliyinin təmin olunması üçün aidiyyəti qurumlarla birlikdə müvafiq addımların atılması.

Ümid edirik ki, məsələ diqqətinizdən kənarda qalmayacaq və tezliklə lazımi tədbirlər görüləcəkdir.

            Sakinlərin də harayına səs verən tapılacaq. Görünən budur ki, Sumqayıtda qeyd olunan ünvanda “Bazar” tikilir. Sakinlərin canı bahasına əsl bazar açılıb. Yeni bazar fəaliyyətə başlayana qədər...

Ajans.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 28 Mart 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see367

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see284

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see279

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see264

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

02 Sentyabr 2026 20:16see237

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

02 Sentyabr 2026 20:20see233

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see233

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

02 Sentyabr 2026 21:50see226

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

02 Sentyabr 2026 21:07see219

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see217

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see215

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see210

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see209

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see206

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

02 Sentyabr 2026 23:01see205

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see195

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see195

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see195

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see193

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri