Icma.az
close
up
RU
Sumqayıtda şəhidin adını daşıyan küçəyə asfalt çəkilir FOTO

Sumqayıtda şəhidin adını daşıyan küçəyə asfalt çəkilir FOTO

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Sumqayıt şəhərində şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində daha bir önəmli layihə həyata keçirilir. Şəhər İcra Hakimiyyətinin başçısının tapşırıq və tövsiyələri əsasında Sumqayıt Bələdiyyəsi tərəfindən Yaşma yaşayış massivində yerləşən, Vətən Müharibəsi şəhidi Cavid Mirzəyevin adını daşıyan küçəyə asfalt örtüyü çəkilir.

Hazırda ərazidə intensiv iş gedir. Texnikalar və işçi qüvvəsi küçənin tam bərpası üzərində çalışır. Küçənin uzunluğu 500 metr, eni isə 4 metr təşkil edir. Bu layihə çərçivəsində ümumilikdə 2 min kvadratmetr asfalt örtüyünün döşənməsi nəzərdə tutulub. Asfalt materialı artıq əraziyə gətirilib və döşənmə işlərinə başlanılıb.

Yerli sakinlərin sözlərinə görə, bu yol uzun illərdir ciddi problemlərə səbəb olurdu. Yağışlı havalarda palçıq, quru havalarda isə toz-torpaq insanlara narahatlıq verirdi. İndi isə yolun asfaltlanması həm gündəlik rahatlığı təmin edəcək, həm də şəhid Cavid Mirzəyevin adına layiq bir mühitin formalaşmasına şərait yaradacaq.

Şəhidin atası görülən işlərdən məmnunluğunu bildirərək dövlətin və bələdiyyənin bu təşəbbüsünü yüksək qiymətləndirib. O qeyd edib ki, oğlunun adını daşıyan küçənin abadlaşdırılması onların ailəsi üçün böyük bir mənəvi təsəlli və qürur mənbəyidir.

Sumqayıt Bələdiyyəsinin nümayəndələri isə bildiriblər ki, bu cür layihələr təkcə infrastrukturun yaxşılaşdırılmasına deyil, eyni zamanda şəhidlərin əziz xatirəsinin yaşadılmasına xidmət edir. Onların sözlərinə görə, şəhər üzrə digər küçə və yaşayış massivlərində də oxşar abadlıq işləri mərhələli şəkildə həyata keçiriləcək.

Bu təşəbbüs, şəhid ailələrinə göstərilən qayğının dövlət siyasətində xüsusi yer tutduğunu və Azərbaycan uğrunda canından keçən qəhrəmanların xatirəsinin daim uca tutulduğunu bir daha sübut edir.

Şəhid Cavid Mirzəyevin adını daşıyan küçəyə çəkilən asfalt örtüyü həm şəhidə ehtiramın, həm də ictimai rifah naminə atılan əhəmiyyətli addımın bariz nümunəsidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:212
embedMənbə:https://apa.az
archiveBu xəbər 18 İyun 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri