Icma.az
close
up
RU
Sumqayıtda şəhidlərin xatirəsi ehtiramla yad edildi Fotolar

Sumqayıtda şəhidlərin xatirəsi ehtiramla yad edildi Fotolar

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

27 Sentyabr – Anım Günü münasibətilə Sumqayıt şəhərində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib.

“Qafqazinfo” xəbər verir ki, Sumqayıt Şəhidlər Xiyabanında keçirilən anım mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, hərbçilər, şəhər ictimaiyyətinin nümayəndələri və sakinlər iştirak ediblər.

Mərasim iştirakçıları əvvəlcə Şəhidlər xiyabanında ucaldılmış “Qalib Əsgər” abidəsinin önünə gül dəstələri və əklillər qoyaraq Vətən uğrunda canından keçmiş qəhrəman övladlarımızın xatirəsinə ehtiramlarını ifadə ediblər. Daha sonra şəhidlərin məzarları ziyarət olunub, üzərinə tər güllər düzülüb, ruhlarına dualar oxunub.

Saat 12:00-da ölkəmizin bütün bölgələrində olduğu kimi, Sumqayıt şəhərində də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bildirilib ki, 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən birinə çevrilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbənin təməlində xalqımızın birliyi, hərbçilərimizin yüksək döyüş əzmi, qəhrəmanlığı və Vətən sevgisi dayanır. Şəhidlərimizin canı və qanı bahasına qazanılan bu Qələbə nəticəsində uzun illər işğal altında qalmış torpaqlarımız azad edilib, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub.

Qeyd olunub ki, Vətən uğrunda ən ali məqama – şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsinin yaşadılması, onların gələcək nəsillərə örnək olan həyat və döyüş yolunun təbliği hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur. Şəhidlərimizin göstərdikləri misilsiz qəhrəmanlıq xalqımızın milli yaddaşında əbədi yaşayacaq, onların Vətən qarşısındakı xidmətləri heç zaman unudulmayacaq.

Mərasim zamanı şəhid ailələrinin üzvləri ilə görüşülüb. Bildirilib ki, şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin həlli, daim diqqət və qayğı ilə əhatə olunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdikləri xüsusi diqqət və həssaslıq bu istiqamətdə həyata keçirilən ardıcıl dövlət siyasətinin əsasını təşkil edir.

Anım mərasimindən sonra Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən şəhidlərin əziz xatirəsinə ehsan süfrəsi açılıb, Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın ruhuna dualar oxunub.








Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 27 Sentyabr 2026 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri