Sumqayıtda təhlükəli manevr edən avtobusun sürücüsü CƏZALANDIRILDI VİDEO
Icma.az bildirir, Avtosfer portalına istinadən.
"Sumqayıt şəhəri, Koroğlu prospektində müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobus sürücüsünün kobud qayda pozuntusuna yol verməsi ilə bağlı sosial şəbəkədə yayılan məlumat Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən araşdırılıb".
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
"Müəyyən edilib ki, həmin qayda pozuntusu Əkbər İsa oğlu Əhmədov tərəfindən törədilib. Təqsiri sübuta yetirilən Ə.Əhmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, inzibati məsuliyyət növündə inzibati tənbeh tədbiri tətbiq olunub", - deyə məlumatda bildirilib.
Xatırladaq ki, Sumqayıt şəhərində 99-JU-879 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun sürücüsünün qəfil təhlükəli manevr edərək digər nəqliyyat vasitələri üçün qəza şəraiti yaratdığı ilə bağlı məlumat vermişdik.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 24 Mart 2026 14:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















