Sumqayıtda yol polisi “Təmiz hava” aylığı ilə bağlı tədbir keçirdi VİDEO
Icma.az, Adelet.az portalına istinadən məlumat verir.
Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində “Təmiz hava aylığı” çərçivəsində maarifləndirici tədbir keçirib.
Adalet.az xəbər verir ki, tədbir zamanı nəqliyyat vasitələrinin texniki vəziyyəti yoxlanılıb, atmosferə normadan artıq zərərli maddələrin atılmasına səbəb olan nasazlıqların aradan qaldırılmasının vacibliyi diqqətə çatdırılıb. Sürücülərlə profilaktik söhbətlər aparılıb, nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılmasının ətraf mühitin qorunması və insan sağlamlığı baxımından əhəmiyyəti izah olunub. Tədbirlər çərçivəsində əsas diqqət yol hərəkəti iştirakçıları arasında məsuliyyətli davranışın formalaşdırılmasına, nəqliyyat vasitələrinin texniki sazlığının təmin olunmasına və ətraf mühitin mühafizəsinə yönəldilib.
Xatırladaq ki, “Təmiz hava aylığı” ilə bağlı yol polisləri tərəfindən tədbirlər davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 14 May 2026 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















