Icma.az
close
up
RU
Sumqayıtda yüzlərlə ailə suyun və palçığın əsirinə çevrilib KONKRET

Sumqayıtda yüzlərlə ailə suyun və palçığın əsirinə çevrilib KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Sumqayıt şəhərinin girişinə yaxın, sakinlərin “Meronun arxası” kimi tanıdığı yaşayış massivində vəziyyət artıq dözülməz həddə çatıb. Təxminən 700-dən çox fərdi yaşayış evinin yerləşdiyi, ümumi uzunluğu 1 kilometrə yaxın olan bu ərazidə insanlar illərdir ən vacib kommunal problemlərdən biri – kanalizasiya sisteminin olmaması ilə üz-üzədir.

KONKRET.az xəbər verir ki, sakinlərin sözlərinə görə, son 8 il ərzində dəfələrlə kanalizasiya xəttinin çəkiləcəyi vəd edilsə də, bu vədlər kağız üzərində qalıb. Bu ilin mart ayından etibarən davam edən intensiv yağışlar isə problemi daha da kəskinləşdirib. Hazırda küçələr, həyətlər və ətraf ərazilər su altında qalıb, yaşayış massivi faktiki olaraq bataqlığa çevrilib.

Vəziyyəti ağırlaşdıran əsas səbəblərdən biri də ərazinin sonunda yerləşən “Coca Cola” və “Azərsun”un anbarı, həmçinin stəkan istehsalı sexinin tullantı və texniki sularını nasoslar vasitəsilə boş sahələrə axıtmasıdır. Kanalizasiya sisteminin olmaması səbəbindən həmin sular yağış suları ilə qarışaraq ərazidə böyük gölməçələr və bataqlıq sahələri yaradıb və torpaq sudan doyub.

Nəticədə sakinlər yalnız hərəkət çətinliyi ilə deyil, həm də ciddi sanitariya problemləri ilə üzləşiblər. Qurbağa və ağcaqanadların sürətlə çoxalması insanların gündəlik həyatını iflic edib. Xüsusilə uşaqlar, yaşlılar və xəstə insanlar üçün vəziyyət ciddi narahatlıq doğurur.

Ən acınacaqlı məqam isə odur ki, yüzlərlə ailənin yaşadığı bu ərazinin problemi illərdir həllini tapmır. Aidiyyəti qurumlar verilən vədlərin arxasında dayanmalı, kanalizasiya infrastrukturunun qurulması və ərazidə yığılan suların təxirəsalınmaz şəkildə kənarlaşdırılması üçün konkret tədbirlər görməlidirlər.

Sakinlər aidiyyəti qurumların nəhayət bu vəziyyətə biganə qalmayacağına ümid edirlər. Bu gün suyun içində qalan insanlar yalnız bir sual verir: 700-dən çox ailənin yaşadığı ərazi daha neçə il kanalizasiyasız və baxımsız qalmalıdır?

Problemin miqyasını əks etdirən görüntünü təqdim edirik.

Natiq Səlim,
KONKRET.az

https://konkret.az/cloud/uploads/2026/05/WhatsApp-Video-2026-05-25-at-13.21.39.mp4

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 May 2026 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see370

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see318

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see313

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see285

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see284

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see267

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see265

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see262

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see257

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see247

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see247

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see245

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see236

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see231

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see228

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see224

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see222

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see218

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see194

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri