Sumqayıtdakı dəhşətli partlayışda zərərçəkən şəxs DANIŞDI: Allahın möcüzəsini gözləyirəm
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dekabrın 3-də Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yaşayış binasında partlayış baş verməsi səbəbi ilə xəsarət alan 1977-ci il və 2007-ci il təvəllüdlü şəxslər dekabrın 4-də, saat 20:00 radələrində Bakıda fəaliyyət göstərən özəl tibb müəssisəsindən Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Xəstəxanasına təxliyə olunublar.
Bu barədə Sumqayıt Tibb Mərkəzinin nümayəndəsi Ramil Zeynallı məlumat verib.
Bildirilib ki, tibbi personal tərəfindən bütün zəruri tibbi yardımlar göstərilir, xəstələrin vəziyyətləri ağır olaraq qalır.
"Oğlum ilə yoldaşımın vəziyyəti çox ağırdır, yaşama şansları yoxdur. Allahın ümidinə yaşayırlar, onun möcüzəsini gözləyirəm", - deyə zərərçəkən söyləyib.
Qeyd edək ki, dekabrın 3-də Sumqayıtın 13-cü mikrorayon ərazisindəki beşmərtəbəli yaşayış binasında yerləşən mənzildə partlayış baş verib. Nəticədə ümumilikdə altı nəfər xəsarət alıb.
Ətraflı Baku TV-nin süjetində:
Sumqayıtdakı dəhşətli partlayışda zərərçəkən şəxs DANIŞDI: "Allahın möcüzəsini gözləyirəm"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 07 Dekabr 2024 00:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















