Icma.az
close
up
RU
Sumqayıtdan “20 Yanvar”a avtobuslar İŞLƏYƏCƏK “Manatlıq”ların sonu ÇATIR?

Sumqayıtdan “20 Yanvar”a avtobuslar İŞLƏYƏCƏK “Manatlıq”ların sonu ÇATIR?

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi bu gündən başlayaraq "20 Yanvar" metrostansiyasından Sumqayıta və geriyə 594 saylı avtobus işləyəcək. AYNA-dan verilən məlumata görə, avtobuslar arasında interval 8 dəqiqə planlaşdırılır. Yeni açılan ekspres avtobus xətti üzrə gediş haqqı 80 qəpik olacaq.
İlk avtobus Bakıdan 06:20-də, Sumqayıtdan isə 05:50-də çıxacaq. Avtobuslar yolüstü yalnız Ceyranbatanda və Sumqayıtın girişindəki “Bağça şəhər” də dayanacaq.
 

MÖVZU İLƏ BAĞLI:
Bakı-Sumqayıt ekspres avtobusu istifadəyə verildi – FOTO


Təbii ki, AYNA-nın bu qərarı sərnişinlər tərəfindən məmnunluqla qarşılanıb.
Bəs yeni marşrutun yaradılması tıxaclara necə təsir edəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, istənilən layihənin iqtisadi səmərəsi olmalıdır:
“Bu mənada Bakı-Sumqayıt marşurutu üzrə avtobusların avtovağzaldan-avtovağzala prinsipi iqtisadi cəhətdən effektiv deyildi. Günorta saatlarında avtobuslar bəzən bir-neçə sərnişinlə yola çıxmaq məcburiyyətində qalırdı. Çünki Bakı Avtovağzal Kompleksinə girməklə həm Bakıya, həm də Sumqayıta getmək sərnişinlər üçün sərfəli deyildi. Ona görə də sərnişinlər avtobuslardansa “manatlıq taksi”lərə daha çox üstünlük verirdilər.
İndi isə vəziyyət dəyişir. İnsanlar əlavə vaxt və vəsait itkisindən azad olacaqlar. Amma xidmətin təşkilindən də çox şey asılıdır. Əgər “BakuBus” keyfiyyətli xidmət təşkil edə bilsə yəqin ki, ziyandan çıxacaq və rentabelli işləyəcək. Ən əsası sərnişinlərin uzun illər davam edən narazılığı sona çatacaq”.
Surxay Atakişiyev, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:249
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 Dekabr 2024 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri