Sumqayıtı Saray qəsəbəsi ilə birləşdirən körpüyə aparan yanaşma yolları genişləndirilir
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 8 iyul, AZƏRTAC
Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində, dəmir yolu xətti və Samur–Abşeron kanalı üzərində yerləşən yeni körpünün yanaşma yollarının genişləndirilməsi işlərinə start verilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, genişləndirmə çərçivəsində mövcud yolların eni artırılaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına çatdırılacaq. Layihəyə əsasən, zəruri sahələrdə istinad divarlarının tikintisi, vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkəti üçün isə piyada səkilərinin inşası nəzərdə tutulur.
Bir müddət əvvəl Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən, qəzalı vəziyyətdə olan 2 hərəkət zolaqlı avtomobil körpüsü Nəqliyyatı Əlaqələndirmə Şurasının qərarına əsasən sökülərək, əvəzində 4 hərəkət zolaqlı yeni körpü inşa edilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 08 İyul 2025 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















