“Sumqayıt“ın baş məşqçisi: “Basketbolçularımız NTD ilə matçda möhtəşəm çıxış etdilər“
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Sumqayıt" basketbolçuları NTD ilə matçda möhtəşəm çıxış ediblər.
Moderator.az xəbər verir ki, bunu "Sumqayıt" komandasının baş məşqçisi Vadim Kuramşın NTD-yə qarşı Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan sonra deyib.
Mütəxəssis qalib gəldikləri görüş barədə klubun mətbuat xidmətinə danışıb:
"Oyunçularımı qələbə münasibətilə təbrik edirəm. Onlar bu gün möhtəşəm çıxış etdilər. Nəzərə alaq ki, biz kubokun son qalibini mübarizədən kənarlaşdırıldıq. Bu gün oyun qurucumuz Keon Klerqot 50 xal toplayaraq klub tarixinin ən yaxşı nəticəsini əldə etdi. Ümid edirəm ki, növbəti matçlarda da bu tempi qoruyacağıq. 1/4 finalda "Ordu" ilə qarşılaşacağıq. Biz bu komandanı tanıyırıq, onların zəif və üstün cəhətlərini bilirik. Bu matça hazırlaşacağıq".
Qeyd edək ki, "Sumqayıt" NTD-yə 116:94 hesabı ilə qalib gələrək Azərbaycan Kubokunda 1/4 finala yüksəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 14 Yanvar 2026 23:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















