Icma.az
close
up
RU
“Sumqayıt”ın baş məşqçisi: “Bu yöndə problemlərimiz var”

“Sumqayıt”ın baş məşqçisi: “Bu yöndə problemlərimiz var”

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Sumqayıt”ın baş məşqçisi Vadim Kuramşın klubun mətbuat xidmətinə müsahibə verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis komandanın çıxışından, hədəflərindən danışıb:

– Mövsümün gedişində baş məşqçi vəzifəsinə təyin olundunuz. Nəzərə alaq ki, ötən mövsümdən bu komandada köməkçi məşçi kimi çalışırdınız. Yükü çiyninizə götürdükdən sonra “Sumqayıt”da nəyi dəyişə bilmisiniz?
– Hər şeydən əvvəl mənə etimad göstərən klub rəhbərliyinə təşəkkür edirəm. Hərçənd bu vəzifəyə təyin olunanda komanda B qrupunda sonuncu yerdə gedirdi. İndi isə inamla turnir cədvəlinin ortasında qərarlaşmışıq. Bizim oyunlarda topladığımız xallar və qazandığımız qələbələr çox yaxşı komanda olduğumuzu göstərir. Mən baş məşqçi təyin olunduqdan sonra heyətin bütün legionerlərini dəyişdim. Təəssüf ki, transfer əməliyyatını limit problemi ilə üzləşdiyimizə görə sona qədər başa çatdıra bilmədim. İndi mənim sərəncamımda cəmi 4 legioner basketbolçu var. Halbuki, 5-ci əcnəbini də gətirə bilərdik. Sizi əmin edirəm, bunu etsəydik, biz qrupda ilk pillə uğrunda mübarizə aparardıq.

– Bu komandanı ötən mövsümdəki “Sumqayıt”la müqayisə edə bilərsinizmi? Arada hansı fərqlər var?
– Əlbəttə, bu komanda daha yaxşı təsir bağışlayır. Məncə, indiki heyət daha güclüdür. Amma ötənilki komandadan Roderik Smiti indi sıralarımızda görmək istəyərdim. Onun yeri görünür. Smit ötən mövsüm çempionata damğa vuran oyunçulardan idi. Təəssüf ki, o bura qayıtmadı və karyerasını Meksikada davam etdirmək qərarına gəldi.

– “Sumqayıt” çempionatın ən məhsuldar komandasıdır. Bu haqda nə deyə bilərsiniz?
– Bəli, biz oyunda yüksək xallar toplamağı bacarırıq. Amma istərdik ki, yaxşı da müdafiə olunaq. Bu yöndə problemlərimiz var. Amma bunun da səbəbləri məlumdur. Ən əsası legionerləri rotasiya edə bilmədiyimizdən belə çətinliklə üzləşirik.

– Pley-in mərhələsində hədəf və strategiyamız nədən ibarət olacaq?
– Doğrusu, hansı komanda ilə qarşılaşacağımız elə də böyük önəm kəsb etməyəcək. Məqsədimiz qalib gəlib play-off-a yüksəlməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 27 Mart 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri