“Sumqayıt”ın legionerindən məğlubiyyətə reaksiya: “Nəticə əsas deyil”
Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Hazırlıq prosesi plan üzrə davam edir". Bu sözləri Sport24.az-a açıqlamasında "Sumqayıt"ın futbolçusu Nikola Ninkoviç deyib.
Yarımmüdafiəçi Türkiyənin Antalya şəhərindəki toplanışda hər gün intensiv məşq etdiklərini bildirib:
"Mövsümün ikinci yarısına köklənmişik. Ən vacib məqam odur ki, indiyədək ciddi zədələnmə olmayıb və bütün komanda heyəti məşqlərdə iştirak edir".
Serbiyalı oyunçu hazırda Misli Premyer Liqasında beşinci pillədə olduqlarını da xatırladıb:
"Lakin xallar arasındakı fərq çox azdır və avrokuboklara vəsiqə qazanmaq şansımızı açıq şəkildə görürük. Bu məqsədə çatmaq üçün əlimizdən gələni edəcəyik".
O, Macarıstan təmsilçisi "Pakş"a 1:5 hesabı ilə uduzduqları yoxlama oyunu haqqında da danışıb:
"Düşünmürəm ki, bu oyunlarda nəticə əsas prioritetdir. Bizim əsas hədəfimiz çempionatın davamına tam hazır olmaqdır və bu görüşlər meydanda yeni variantları sınaqdan keçirmək, oyun keyfiyyətimizi daha da artırmaq üçün bir fürsətdir. Bundan əlavə, çoxlu gənc futbolçuya şans verdik və belə oyunlar onlar üçün çox vacibdir. Ona görə də nəticəyə fokuslanmağa ehtiyac yoxdur. Əsas məqamlardan biri də odur ki, hamı oyunu zədəsiz başa vurdu".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 12 Yanvar 2026 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















