Icma.az
close
up
RU
Sumqayıtın səhiyyəsi məhv olub Jurnalistdən ETİRAZ

Sumqayıtın səhiyyəsi məhv olub Jurnalistdən ETİRAZ

Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

- +

Demək olar ki, hər gün bir xəstəxana haqqında şikayət eşidirik. İnsan sağlamlığına biganə yanaşan xəstəxanalardan biri də Sumqayıt Tibb Mərkəzinin 1 saylı şəhər xəstəxanasıdır.

Tribunainfo.az-ın məlumatına görə, bu xəstəxana barədə jurnalist Samir Əli öz şikayətini bildirib.

Belə ki, Sumqayıtın səhiyyəsi, tibbi xidməti məhv olub, olmaqdadır deyən jurnalist üeyd edib ki, özü də indi yox, neçə ildir.

Onun sözlərinə görə, özü də aşağı səviyyədə yox, tam yüksək səviyyədə, rəhbərlik səviyyəsində.

“3 gün əvvəl doğma dayım evində qəfil halı pisləşib. Təcili yardımla gətirmişik Sumqayıt Tibb Mərkəzinin 1 saylı şəhər Xəstəxanasına. 1 saylı haaaaa, şəhərin birinci ən “yüksək texnologiyalı” xəstəxanasına. Bir sutka xəstənin dərdi tapılmadı. Bir sutkadan sonra KT və MRT olunandan sonra dedilər ki, bəs yüksək riskli infakt xəstəsidir, reanimasiyada qalmalıdır. Bir sutkadan sonra kişi gözünü açan kimi dedilər ki, yaxşıdı, köçürün palataya.
Sumqayıt Tibb Mərkəzinin rəhbəri, hansısa xidmətlərinə görə Cəlilabaddan Sumqayıta transfer olunmuş Elnur Azadxanovdan xahiş etdik ki, xəstəni normal şəraitlə təmin etməyə kömək eləsin. Düşündüm ki, Sumqayıt səhiyyəsinin başında dayanan bir şəxsə xahiş olunubsa, maksimum normal şəraitli palata olacaq, normal da tibbi personal xidmət edəcək xəstəmizə. Axşam eşitdim ki, dayımı Sumqayıt Tibb Mərkəzinin rəhbəri tapşırdığı üçün xəstənin vəziyyətinin ağır olduğunu da nəzərə alıb, yerləşdiriblər düz ayaqyoluna bitişik palataya. Və bir də bizə “bonus” da veriblər -ağır xəstə 4 nəfərlik, şəraitsiz bir palatada, epilepsiya xəstələrinin dayanmadan zarıdığı otağa gətirib atıblar. Palata əməlli kanalizasiya iyi verir.
Bu hələ harasıdır. Ağır, bir tərəfi insultdan hərəkət etməyən xəstənin yanına xəstə yaxınlarını sutkada cəmi 3 saat-17:00-20:00 radələrində buraxırlar. Dedilər ki, bu xəstəxananın qaydalarıdır, razılaşdıq. Dedilər ki, xəstəyə özümüz gündə 3 dəfə yemək veririk və 24 saat nəzarətdə saxlanılır. Saf uşaq kimi biz də inandıq. Axı bizim xəstəni Sumqayıt Tibb Mərkəzinin rəhbəri tapşırıb, bizim xəstəyə super qulluq olunacaq.
Deməli, dünən dayımın təzyiqi qəfil yüksəlib. Palatada isə o birilərə baxanda, ən sağlam xəstə dayımdır. Ən azından özünü idarə edə bilir. Dayım yarım saata yaxın palatadan çağırıb, bir nəfər nə həkim, nə tibb bacısı, cəhənnəmə heç xadimə də səsinə səs verməyib. Çarəsiz qalan dayım palatadan çıxıb həkim çağırdığı vaxt təkrar insult keçirib, yıxılıb. Xəstə yarım saata qədər tualetin qarşısında, yerdə uzanıqlı vəziyyətdə qalıb. Sağ olsun, hansısa ağır xəstənin yanına gələn ziyarətçi dayımı koridorda uzanmış vəziyyətdə görüb, palataya gətirib.
Xəbəri eşidib dərhal xəstəxanaya yollandım. Dayımın vəziyyəti nisbətən normallaşsa da, nə bir həkim, nə də tibb bacısı yox idi. Təxminən 4 saat xəstənin yanında qalmışıq, azı 10 nəfər qohumlar. Bir nəfər xəstəxana işçisi görüb palataya yaxınlaşmadı ki, bu palataya 10 nəfər birdən niyə gəlib? Bəlkə xəstə ölüb?
Yalnız axşam saat 20 :00-da xəstəxananın mühafizəçiləri gəldi ki, görüş vaxtı başa çatıb, xahiş edirik, palatanın tərk edin.
Palatadan çıxıb Elnur Azadxanova məlumat verdik. Elnur Azadxanov götürüb zəng vurub xəstəxanabaşı Mətləbə. Elnur Azadxanovun zəng vurması həmin bu baş xəstəxanabaşı Mətləbin çestinə dəyib. Mətləb dayanma dur, hücum elə birbaşa palatada bizim xəstəyə və qohumlarıma ki, siz niyə Azadxnova şikayət etmisiniz. Deyib ki, siz kim olmusunuz ki, sizə xüsusi xidmət olunsun? Olanımız budur, istəmirsiniz, götürün xəstənizi də, çıxın gedin.
Mətləb doxturun hərəkətindən belə anlaşılır ki, bu xəstəxananın yiyəsi odur, kimi hara, necə istəyir, elə də yerləşdirir.
Qohumlar da sakitcə dayanıblar ki, baxma da, baş xəstəxanabaşıdı, bir az da əsəbiləşdirərik, xəstəni götürər pəncərədən atar. Yəni baş həkimlərdə elə səlahiyyət də var axı, dövlət xəstəxanasını şəxsi mülkləri kimi hesab edirlər.
İndi çarəsiz vəziyyətdə qalıb, xəstəni çıxarıb aparırıq özəl tibb müəssisəsinə. Başqa çarəmiz yoxdu. Sabah xəstəmiz orada dünyasını dəyişsə, deyəcəklər ki, ürək tutması, nəfəs çatışmazlığı yarandı, həkimlərin səyinə baxmayaraq xəstənin həyatını xilas edə bilmədik. Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan tibb müəssisələrinin “səyi” min bir kiçik hissəsini yazdım sizə. Qalanını özünüz fikirləşin”.

Dəniz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 17 Dekabr 2024 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see296

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see237

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see211

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see197

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see192

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see183

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see175

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see174

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see173

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see170

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see152

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see149

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see148

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see137

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see134

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see134

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see131

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see128

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see126

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri