Icma.az
close
up
RU
“Sumqayıt”ın serbiyalı yeni baş məşqçisi: Hədəfimiz avrokuboklara vəsiqə qazanmaqdır

“Sumqayıt”ın serbiyalı yeni baş məşqçisi: Hədəfimiz avrokuboklara vəsiqə qazanmaqdır

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 8 iyul, AZƏRTAC

"Sumqayıt" klubunun prezidenti Riad Rəfiyev ilə ilk görüşümüz Belqradda baş tutdu. Mənə klubun gələcək hədəflərindən danışdı. Bundan sonra Sumqayıta gələrək müqaviləyə imza atdım.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Sumqayıt”ın yeni baş məşqçisi Saşa İliç mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis Azərbaycanda oynayan bəzi monteneqrolu və serbiyalı futbolçulardan çempionat barədə məlumat aldığını bildirib: "Onlar mənə müəyyən informasiyalar verdilər. "Sumqayıt"ın infrastrukturu məni qane etdi. Ortada 1 illik müqavilə var. Bu müddət ərzində yaxşı komanda qurmaq istəyirəm. Bundan sonra yeni anlaşma ola bilər. Bilirəm ki, "Sumqayıt" üçün ötən mövsüm qeyri-stabil keçib. Yeni mövsümdəki hədəfimiz avrokuboklara vəsiqə qazanmaqdır. Amma futbolçulardan da çox şey asılı olacaq".

Serbiyalı çalışdırıcı yaxşı kollektiv formalaşdırmaq üçün əllərindən gələni edəcəklərini söyləyib: "Hazırda komandada 16-17 futbolçu var. Rəhbərliklə əl-ələ verib, tez bir zamanda yaxşı heyət qurmaq istəyirik".

S. İliç baş məşqçisi olduğu əvvəlki komandalarda 1 ildən artıq işləməməsinə də toxunub: “Rusiyanın "Pari NN" klubunda çalışarkən rəhbərlik qarşıma komandanı liqada saxlamağı hədəf kimi qoymuşdu. Məqsədimizə çatdıq. Yunanıstan karyeram da pis alınmadı. Bolqarıstanın MOİK kollektivi ilə yaxşı mövsüm keçirdik. Liderlə xal fərqimiz az idi. Ümumiyyətlə, müasir futbolda bir komandada bir mövsümdən artıq qalmaq çox çətindir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 İyul 2025 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri