Sumqayıtın təcili yardım xidmətində həkim çatışmazlığı var? Sakinlərdən ŞİKAYƏT
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sumqayıt şəhərində təcili yardım xidmətində həkim çatışmazlığı ilə bağlı iddialar yayılıb.
Moderator.az bildirir ki, Oxu.az-a müraciət edən sakinlərin sözlərinə görə, təcili yardım briqadalarının sayı azaldılıb və bu səbəbdən bütün çağırışlara operativ getmək mümkün deyil.
İddiaya əsasən, təxminən 500 min nəfər əhalisi olan Sumqayıtda hazırda cəmi 7-8 təcili yardım həkimi fəaliyyət göstərir.
Şikayətçilərdən biri qeyd edib ki, dünən təcili yardıma müraciət etsə də, cavab ala bilməyib, 40 dəqiqə sonra "103" xidmətindən briqadanın gələ bilməyəcəyi bildirilib. Səbəb kimi ağır xəstələrin prioritet qaydada daşınması və briqadaların növbəli şəkildə göndərilməsi göstərilib.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin sözçüsü Nəzrin Adıgözəlzadə Oxu.az-ın sorğusunu belə cavablandırıb:
"Həkimlərin sayının azaldılması ilə bağlı səslənən fikirlər doğru deyil. Əksinə, həkim sayının artırılması istiqamətində işlər görülür".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 03 Dekabr 2025 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















