“Sumqayıt”la oyun “Zirə”nin futbolçusu üçün əlamətdar olub
Icma.az, Sia Az portalına istinadən məlumat verir.
Misli Premyer Liqasının XXIII turunun “Sumqayıt”la oyunu (3:0) “Zirə”nin futbolçusu Davit Volkov üçün əlamətdar olub. SİA-nın Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən məlumatına görə, 29 yaşlı gürcüstanlı hücumçu Bakı klubunda 100-cü matçını keçirib.
O, bu görüşlərdə 34 qola imza atıb.
2020-22-ci illərdə oynadığı “Zirə”yə ötən yay qayıdan Davit Volkov Premyer Liqada 80 (28 qol), Azərbaycan Kubokunda 12 (2 qol), avrokuboklarda 8 (4 qol) matç keçirib. O, “qartallar”ın heyətində 2020-ci il fevralın 1-də, “Sabah”la görüşdə (2:0) debüt edib.
Baxış sayı:142
Bu xəbər 17 Fevral 2025 10:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















