Icma.az
close
up
RU
Süni həyat yaradırlar

Süni həyat yaradırlar

Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Avropalı bioloqlar süni həyat yaratmağa hazırlaşırlar. Artıq bunun üçün təcrübəyə də başlayıblar. "MiniLife" layihəsinə daxil olan alimlər müasir elmdə, sintetik biologiya sahəsində ortaya çox böyük iş qoymaq fikrindədirlər.
Reyting.az
bildirir ki, avropalı alimlər laboratoriya şəraitində sıfırdan başlamaqla, sadə həyat formaları yaradılmasına yönəlmiş ilk belə layihənin üzərində işə strat veriblər. Tədqiqat sürətlə inkişaf edən sintetik biologiya sahəsində ən son nəzəri və həmçinin eksperimental nailiyyətlərə əsaslanır.
"MiniLife" adlanan və büdcəsi 13 milyon avro olan yeni layihə Avropa Araşdırma Şurası (ERC) tərəfindən maliyyələşdirilir və müxtəlif universitetlərdən bioloqları, kimyaçıları bir araya gətirir. Tədqiqatçılar altı il ərzində böyüyən, bölünən, eləcə də "Darvinin təkamül" nəzəriyyəsi meyarını praktiki nümayiş etdirə biləcək tamamilə metabolik və aktiv hüceyrələr yaratmağı planlaşdırırlar.
Almaniyadakı "Parmenides" Fondu Elmin Konseptual Əsasları Mərkəzinə rəhbərlik edən, həmçinin mərkəzin direktoru kimi bu layihənin aparıcı iştirakçılarından biri olan Erş Satmari görülən işləri qeyri-adi yeniliyə doğru bir addım kimi çox yüksək qiymətləndirib. E. Satmari bildirib ki, uğur fundamental elmdə əlamətdar nailiyyət, böyük hadisə olacaq.
Elm aləmində Nukleotidlər kimi tanınmış bioloji tikinti bloklarına əsaslanan, eləcə də digər tədqiqatlardan fərqli təcrübələr aparan "MiniLife" layihəsi proses zamanı təbii təkamülün nəticəsində əmələ gələn molekullardan istifadə etmədən, sıfırdan həyatı yaratmağı hədəfləyir.
Tədqiqatçılar bildiriblər ki, "MiniLife" adlı bu layihənin köməyi ilə onlar müasir elm aləmində yeni həyatın əksi kimi görünən laboratoriya şəraitində hazırlanmış, həm çox real, təbii təsir bağışlayan minimalist modeli sadələşdirməyə, həyat yaratmağa çalışırlar.
Bu sahədəki perspektivli yanaşmalardan biri də formoz reaksiyasıdır, həmçinin ən sadə kimyəvi birləşmə olan formaldehidi mürəkkəb şəkər molekullarına çevirməyi bacaran, həm də çox çətin bir prosesdir. Kimyəvi sistemlər proses zamanı bioloji "uyğunlaşma qabiliyyətinə" bənzəyən bir davranış nümayiş etdirir. Beləliklə, bunun nəticəsində bəzi damcılar digərlərindən daha sürətlə böyüyür, eləcə də daha aktiv bölünür. Yeni layihə kimyəvi sistemlərdə əlamətlərin irsiyyətinə çox böyük diqqət ayırır ki, bu da aparılan proseslər zamanı elmi təcrübələrin gedişatı ərəfəsində çox gözlənilməz nəticələr verə bilər. Alimlərin qənaətincə, yeni layihə ilə başlanmış bu təcrübələr əsasən də süni təkamülün yaradılması istiqamətində çox mühüm bir addımdır. Prosesləri bir avropalı alim kimi analiz etməyə çalışan parisli kimyaçı və fizik Endryu Qriffits davam edən yeni təcrübələri çox böyük ümidlə izlədiyini söyləyib:
"Şübhə etmirəm, amma deyim ki, real da görsənmir, lakin alim kimi həmçinin ümid edirəm. Ancaq düşünürəm ki, elementar Darvinin təkamülünün nümayişi bəlkə də altı il ərzində mümkündür".
Qroninqen Universitetinin sistem kimyası professoru və layihənin iştirakçısı Sibren Otto isə vurğulayıb ki, onların işi əsasən həyatın təbiətini və mənşəyini anlamağa kömək edir. "Beləliklə, nəzəriyyəyə görə elm adamlarının bununla bağlı yaratdığı molekulların təxminən 3,8 milyard il öncə Yer kürəsində meydana çıxan, özülü tam təbii olan molekullarla eyni olma ehtimalı az olsa da, tədqiq olunan mexanizmlərlə bu prosesləri başa düşmək mümkündür", - söyləyən professor Sibren Otto öz fikrini belə yekunlaşdırıb.
Tədqiqatçılar bildiriblər ki, "MiniLife" adlı Avropanın yeni, həmçinin qeyri-adi təsir bağışlayan bu böyük, elmi layihənin etik aspektləri hələ də çox diqqətlə araşdırılır.
"MiniLife" layihəsinin komandası müvafiq etik çərçivəni hazırlamaq və həmçinin potensial riskləri mümkün olduğu qədər minimuma endirmək məqsədilə tanınmış ekspertlərlə işləməyə başlayıb.
Oqtay QORÇU

Ana səhifəyə dön


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://reyting.az
archiveBu xəbər 08 Yanvar 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see423

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see300

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see293

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see284

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see274

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see257

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see241

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see233

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see206

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see173

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri