Icma.az
close
up
RU
Süni intellekt Avropada müharibənin başlama tarixini SÖYLƏDİ İlk zərər çəkəcək ölkələr

Süni intellekt Avropada müharibənin başlama tarixini SÖYLƏDİ İlk zərər çəkəcək ölkələr

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avropada müharibə ehtimalı ilə bağlı müzakirələr fonunda süni intellekt sistemləri də öz proqnozlarını açıqlayıb. Təhlillərə görə, Rusiyanın Avropaya hücum ehtimalını tam istisna etmək mümkün deyil, lakin yaxın illərdə genişmiqyaslı müharibə ehtimalı aşağı qiymətləndirilir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, ekspertlərin və süni intellekt modellərinin təhlilinə əsasən, hazırda belə bir ssenarinin baş verməsi üçün bir sıra maneələr mövcuddur.

Əsas səbəblərdən biri NATO-nun hərbi baxımdan Rusiyadan daha üstün hesab olunmasıdır. Bundan əlavə, alyansın bir üzvünə hücum bütün üzvlərin kollektiv cavab verməsinə səbəb olur ki, bu da böyükmiqyaslı müharibə riskini azaldır.

Süni intellekt hesab edir ki, yaxın 3–5 il ərzində Avropada klassik genişmiqyaslı müharibə ehtimalı çox aşağıdır. Bununla belə, bəzi ekspertlərin fikirlərinə istinad edilərək qeyd olunur ki, Rusiya növbəti 5-7 il ərzində hərbi güc tətbiqinə daha hazır vəziyyətə gələ bilər.

Analitik proqnozlara görə, mümkün gərginliklər daha çox lokal xarakter daşıya bilər. Buraya təxribatlar, kiberhücumlar, enerji infrastrukturlarına qarşı hücumlar və hibrid müharibə elementləri daxildir. “Sabah tanklar Parisdə olacaq” kimi ssenarilər isə real hesab edilmir.

Risk zonasına ən yaxın ölkələr kimi Baltikyanı dövlətlər və Polşanın şərq hissəsi göstərilir. Bunun səbəbi onların coğrafi mövqeyi və strateji əhəmiyyətidir. Finlandiya, Rumıniya və Almaniya isə orta risk zonasında qiymətləndirilir və bu ölkələrdə daha çox kiberhücum və sabotaj ehtimalı qeyd olunur.

Daha uzaq bölgələr, İspaniya, Portuqaliya və İtaliyanın bəzi hissələri isə nisbətən təhlükəsiz hesab edilir, çünki onlar potensial cəbhə xəttindən xeyli uzaqda yerləşir.

Digər süni intellekt sistemi də oxşar mövqe nümayiş etdirərək bildirir ki, 2026-2029-cu illər arasında birbaşa hücum ehtimalı aşağıdır. Bununla yanaşı, bəzi rəsmi açıqlamalara əsaslanaraq qeyd edilir ki, Rusiya yalnız Ukraynadakı müharibə tam başa çatdıqdan sonra NATO ilə daha geniş qarşıdurmaya hazırlaşa bilər.

Proqnozlara görə, mümkün ssenari baş verərsə, ilk təsirə məruz qala biləcək ölkələr Baltikyanı respublikalar, Polşa və Finlandiya ola bilər. Almaniya və Skandinaviya ölkələrində isə əsas risk kritik infrastruktur obyektlərinə yönəlmiş hücumlarla bağlıdır.

Süni intellekt ümumilikdə belə nəticəyə gəlir ki, yaxın illərdə Avropada genişmiqyaslı müharibə ehtimalı zəifdir, lakin uzunmüddətli perspektivdə riskləri tam istisna etmək mümkün deyil.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://lent.az
archiveBu xəbər 23 Aprel 2026 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri