Süni intellekt Bitcoin mədənçiliyinin balansını dəyişir
Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bitcoin mədənçiliyi ilə məşğul olan şirkətlər kriptovalyutanın qiymətindən asılılığı azaltmaq üçün fəaliyyətlərini süni intellekt və yüksək məhsuldarlıqlı hesablama sistemlərinə yönəltməyə başlayıblar. Xüsusilə böyük enerji gücünə və məlumat mərkəzi infrastrukturuna malik şirkətlər üçün bu sahə daha gəlirli alternativə çevrilir.
Demokrat.az xəbər verir ki, bəzi şirkətlər mədən avadanlıqlarını və kriptovalyuta aktivlərini sataraq tamamilə süni intellekt infrastrukturuna keçirlər. Digərləri isə mövcud enerji və məlumat mərkəzi imkanlarını Bitcoin mədənçiliyi ilə süni intellekt hesablama sistemləri arasında bölüşdürür.
Bu istiqamətdə "TeraWulf" şirkətinin fəaliyyəti diqqət çəkir. Şirkətin "Anthropic" ilə bağladığı 20 illik məlumat mərkəzi müqaviləsinin 19 milyard dollardan çox gəlir potensialına malik olduğu bildirilir.
Süni intellektə daha çox enerji və hesablama gücünün ayrılması Bitcoin şəbəkəsinin ümumi hesablama gücünün artımına da təsir göstərib. "CoinShares" məlumatlarına görə, şəbəkənin ümumi hesablama gücü gözlənilən artım tempindən təxminən 50 faiz aşağıdır.
Mədən şirkətlərinin istiqamət dəyişikliyinin əsas səbəblərindən biri enerji gücündən əldə olunan gəlirdəki fərqdir. Bildirilir ki, süni intellekt üçün yüksək məhsuldarlıqlı hesablama infrastrukturu bir meqavat güc hesabına ildə təxminən 1,5 milyon dollar gəlir yarada bilər. Bitcoin mədənçiliyində isə eyni gücün gəliri təxminən 500 min dollar təşkil edir.
Bundan başqa, yeni məlumat mərkəzlərinin tikintisinin çətinləşməsi mövcud enerji və infrastruktur imkanlarını daha qiymətli edib. Bu səbəbdən bəzi böyük mədən şirkətləri süni intellekt layihələrinə daha çox resurs ayırmağa başlayıblar.
Bununla belə, Bitcoin mədənçiliyinin perspektivlərinin tamamilə zəiflədiyi düşünülmür. Analitiklər hesab edirlər ki, kriptovalyutanın qiymətində davamlı artım baş verərsə, gəlirlilik balansı yenidən mədənçilik şirkətlərinin xeyrinə dəyişə bilər.
Jalə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Bitcoin mədənçiliyinin sonu: Niyə əvvəlki kimi gəlirli deyil?
02 May 2025 09:05
Enerji gücü və süni intellekt: Azərbaycan güc balansını dəyişir
04 Fevral 2026 12:54
Bitcoin lə süni intellekt şirkəti arasında 19 milyard dollarlıq TARİXİ MÜQAVİLƏ
07 İyul 2026 17:24
Süni intellekt kosmosu dəyişir
10 Avqust 2026 20:43
Süni intellekt dünyanı dəyişir
08 Oktyabr 2026 13:51
Baxış sayı:90
Bu xəbər 19 Sentyabr 2026 16:36 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları