Icma.az
close
up
RU
Süni İntellekt çip bazarında inqilab edir

Süni İntellekt çip bazarında inqilab edir

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Tayvanın texnologiyadan asılı iqtisadiyyatının bu il son 40 ilə yaxın dövrün ən sürətli artımını nümayiş etdirəcəyi gözlənilir. Ölkənin statistika qurumu cümə günü açıqladığı məlumatda güclü süni intellekt tələbi fonunda iqtisadi artım proqnozunu yüksəltdiyini bildirib.

Qurumun yeni proqnozuna görə, Tayvanın ümumi daxili məhsulu (ÜDM) 2026-cı ildə 11,05% artacaq. Bu, 1987-ci ildə qeydə alınan 12,75%-lik artımdan sonra ən yüksək göstərici olacaq. May ayında isə iqtisadi artımın 9,64% olacağı proqnozlaşdırılmışdı.

“Tayvanın iqtisadi artımı güclüdür və süni intellektin inkişafı ölkə üçün çox vacibdir. Biz bu prosesi yaxından izləməliyik”, — statistika naziri Chen Shu-Tzu jurnalistlərə bildirib. Statistika qurumu isə 2026-cı ildə ölkənin ixracının əvvəlki illə müqayisədə 41,07% artacağını gözləyir. Bu, 1976-cı ildən bəri ən yüksək ixrac artımı olacaq. May ayında qurum ixracın 39,77% artacağını proqnozlaşdırmışdı.

Qeyd edək ki, Tayvan, Nvidia və Apple kimi texnologiya nəhənglərinin süni intellekt çiplərinə və digər texnologiyalara olan tələbatının qarşılanmasında mühüm rol oynayır. Ada dünyanın ən böyük müqaviləli çip istehsalçısı olan Taiwan Semiconductor Manufacturing Co.-nun (TSMC) vətənidir.

Süni intellektə olan yüksək tələbat Tayvan iqtisadiyyatının 2025-ci ildə 8,76% böyüməsinə kömək edib. Statistika qurumu 2026-cı ilin ikinci rübü üzrə iqtisadi artım proqnozunu da cüzi şəkildə yüksəldərək 12,93%-ə çatdırıb. İlkin göstərici 12,92% idi.

Qurum gələn il üçün ilk proqnozunu da açıqlayıb. Buna əsasən, Tayvan iqtisadiyyatının 2027-ci ildə 6,04% böyüyəcəyi gözlənilir. Statistika qurumu 2026-cı ildə istehlak qiymətləri indeksinin 2,07% təşkil edəcəyini proqnozlaşdırır. Bu göstərici həm mərkəzi bankın 2%-lik hədəfindən, həm də əvvəlki 1,93%-lik proqnozdan bir qədər yüksəkdir.

Analitiklərin sözlərinə görə, güclü iqtisadi artım və inflyasiya proqnozu Tayvan Mərkəzi Bankının faiz dərəcələrini dəyişməyəcəyi ilə bağlı gözləntiləri gücləndirib. President Capital Management Corp. şirkətinin analitiki Elvis Lu bildirib ki, mərkəzi bankın ilin sonuna qədər əsas faiz dərəcəsini dəyişmədən saxlaması gözlənilir.

Qeyd edək ki, süni intellekt sistemləri üçün çox güclü çiplər lazımdır. Çünki süni intellekt sistemləri böyük həcmdə məlumatı çox qısa müddətdə emal etməlidir və bu istiqamətdə bu sistemlər arasında ciddi rəqabət gedir. Məsələn, ChatGPT kimi sistemlərin işləməsi, şəkil və video yaradan süni intellekt proqramları, səsin tanınması və müxtəlif AI tətbiqləri çoxlu sayda mürəkkəb hesablamalar tələb edir. Bu hesablamaların həyata keçirilməsi üçün güclü çiplərdən istifadə olunur. Daha güclü çipə malik sistem daha sürətli məlumat emal edə bilir.

Bu çiplər əsasən böyük məlumat mərkəzlərində yerləşdirilən serverlərə quraşdırılır. Texnologiya şirkətləri minlərlə güclü çipi bir araya gətirərək süni intellekt modellərini öyrədir və işlədərək istifadəçilərə xidmət göstərirlər.

O cümlədən, Nvidia şirkəti süni intellekt üçün istifadə olunan güclü çiplərin ən böyük istehsalçı və dizaynerlərindən biridir. Lakin bu çiplərin hazırlanması ilə onların fiziki istehsalı eyni şey deyil. Nvidia çipləri layihələndirir, onların istehsalında isə Tayvanın Taiwan Semiconductor Manufacturing Company (TSMC) şirkəti mühüm rol oynayır.

Süni intellektə tələbat artdıqca Nvidia, Apple və digər böyük texnologiya şirkətləri daha çox çipə ehtiyac duyurlar. Bu isə TSMC kimi Tayvan şirkətlərinə daha çox sifariş gəlməsi deməkdir. Nəticədə Tayvan daha çox çip istehsal edir və xarici ölkələrə ixrac edir. İxracın artması ölkəyə daha çox gəlir gətirir, şirkətlərin istehsalını və investisiyalarını artırır. Bütün bunlar isə Tayvan iqtisadiyyatının böyüməsinə təsir göstərir.

Reuters-in məlumatına görə, Tayvanın 2026-cı ildə iqtisadi artım proqnozunun 11,05%-ə yüksəldilməsinin əsas səbəblərindən biri də məhz süni intellekt çiplərinə qlobal tələbatın güclənməsidir.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Avqust 2026 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see535

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see496

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see368

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see283

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see278

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see271

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see269

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see263

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see261

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see242

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see240

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see240

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see236

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see224

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see215

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see211

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see206

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see188

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see182

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri