Süni intellekt demokratiyanı məhv edəcək
Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
Nobel mükafatlı iqtisadçı Daron Acemoğlunun da aralarında olduğu tədqiqatçıların yeni araşdırması nəzarətsiz avtomatlaşdırmanın təkcə iş həyatını deyil, demokratiyaların gələcəyini də təhdid etdiyini ortaya qoyub.
“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, süni intellektin iş dünyasındakı gələcəyi çalışanlara dəstək olmaqdan ziyadə, birbaşa onların yerini almağa yönələn riskli bir istiqamətə doğru irəliləyir.
Massaçusets Texnologiya İnstitutunun (MIT) Nobel mükafatlı iqtisadçısı Daron Acemoğlu, Bilkent Universitetindən A. Arda Gitmez və Şimali Karolina Universitetindən Mehdi Shadmehr avtomatlaşdırmanın siyasi rejimlər üzərindəki olası nəticələrini riyazi modellə təhlil ediblər. pizza mizza
“Automation and Repression” (Avtomatlaşdırma və Təzyiq) adlı məqalədə qeyd olunur ki, insanların gördüyü işləri robotlar, proqramlar və süni intellekt ələ keçirdikcə, əməyin ümumi gəlirdəki payı azalır, sərvət isə kapilal sahiblərinin əlində cəmləşir. Bunun nəticəsində bərabərsizlik sürətlə dərinləşir.
Araşdırmaya əsasən, kapital sahibləri zamanla iki seçim qarşısında qalırlar: Sərvəti bölüşmək və ya təzyiqi artırmaq.
Riyazi hesablamalar göstərir ki, avtomatlaşdırma irəlilədikcə elit təbəqənin demokratiyanı qorumaq əvəzinə avtoritar rejimi dəstəkləmək ehtimalı yüksəlir. İnsan qüvvəsinə ehtiyac azaldıqca, geniş cəmiyyət kütlələrinin iqtisadi və siyasi sistem üzərindəki təsiri zəifləyir. Sərvət ən yuxarıdakı kiçik bir qrupun əlində toplandıqda isə elitlər demokratiyanı bir yük olaraq görməyə başlayırlar.
Cəlalə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 07 Sentyabr 2026 13:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















