Süni intellekt dərman hazırlayacaq
Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Google” ilə birlikdə “Alphabet” holdinqinin tərkibinə daxil olan “Isomorphic Labs” şirkəti süni zəkanın tətbiqi ilə yaradılmış dərmanların klinik sınaqlarına başlamağa hazırlaşır.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin rəhbəri Demis Hassabisin sözlərinə əsasən, ilk sınaqların cari ilin sonuna qədər keçirilməsi planlaşdırılır. Bir dərmanın hazırlanması, adətən, 5 ildən 10 ilə qədər vaxt tələb edir. Hassabisin sözlərinə əsasən, süni zəkanın istifadəsi bu müddəti 10 dəfə azalda bilər ki, bu da səhiyyə sahəsində inqilabi dəyişiklik olacaq. 2021-ci ildə təsis edilmiş “Isomorphic Labs” şirkəti artıq dərman hazırlama prosesini sürətləndirmək məqsədilə Eli Lilli və Novartis kimi əczaçılıq nəhəngləri ilə əməkdaşlıq edir. Şirkətin əsas tədqiqat sahələri arasında onkologiya, ürək-damar xəstəlikləri və neyrodegenerativ pozuntular yer alır.
Süni zəkadan istifadə etməklə “Isomorphic Labs” təkcə dərmanların hazırlanma prosesini sürətləndirmək deyil, həm də yeni preparatların yaradılması ilə bağlı xərcləri azaltmaq niyyətindədir. Gözlənilir ki, şirkətin ilk dərmanları 2025-ci ilin sonuna qədər klinik sınaq mərhələsinə daxil olacaq. Əgər onlar uğurlu olarsa, bu, əczaçılıq sənayesində mühüm dəyişikliklərə və qlobal səhiyyənin yaxşılaşmasına səbəb ola bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 03 Fevral 2025 18:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















